“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

“ASAN xidmət”in  Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir
18.11.2025 14:29 Cəmiyyət

18 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya naziri Şaza Fatima Xavajanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı Pakistanın paytaxtı İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin təsis olunması istiqamətində icra edilməkdə olan işlərlə əlaqədar geniş müzakirələr aparılıb.

Pakistanlı nazir “ASAN xidmət” mərkəzinin qurulması istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, pilot mərkəz fəaliyyətə başladıqdan sonra Pakistanın digər bölgələrində də “ASAN xidmət” mərkəzlərinin yaradılacağını bildirib.

Xatırladaq ki, cari ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə İslamabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın, ASAN İnnovativ İnkişaf Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.

TodayPress TV

PHOTOS

“ASAN xidmət”in  Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir — 1
“ASAN xidmət”in  Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir — 2
“ASAN xidmət”in  Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir — 3
“ASAN xidmət”in  Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir — 4
“ASAN xidmət”in  Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir — 5
NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News