AQC "Kashalata" kafedə sosial layihə həyata keçirdi - VİDEO

AQC "Kashalata" kafedə sosial layihə həyata keçirdi - VİDEO
07.02.2026 12:32 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri və departament rəhbərləri sosial məsuliyyət yönümlü layihə çərçivəsində ölkədə fəaliyyət göstərən ilk inklüziv kafelərdən biri olan “Kaşalata”da olublar.

TodayPress TV xəbər verir ki, tədbir zamanı nümayəndə heyəti xüsusi inkişaf özəlliyi olan gənclərin çalışdığı kafedə yaradılan şəraitlə yaxından tanış olub, gənclərin öz əlləri ilə hazırladığı şirniyyatların dadına baxıb. Görüş səmimi və isti atmosferdə keçib, qonaqlar gənclərlə ünsiyyət quraraq onlarla birlikdə vaxt keçiriblər. 

AQC sədri Vüqar Oruc da çıxışında layihənin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, inklüzivlik yalnız sosial təşkilatların deyil, bütün qurumların diqqət mərkəzində olmalı olan məsələdir. Vüqar Oruc belə layihələrə dəstəyin davam etdiriləcəyini və AQC-nin sosial yönümlü təşəbbüslərdə fəal iştirak etməyə hazır olduğunu bildirib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxış edərək inklüziv cəmiyyətin formalaşdırılmasının vacibliyindən danışıb. O bildirib ki, “Kaşalata” kafesi əlilliyi olan gənclərin yalnız məşğulluğuna deyil, eyni zamanda onların özünəinamının artmasına, sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına xidmət edir. 

Qeyd edək ki, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilən “Kaşalata” kafesi əlilliyi olan gənclərin inklüziv mühitdə çalışmasına şərait yaratmaq məqsədi daşıyır. Üzeyir Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri əlilliyi olan gənclərdir.

TodayPress TV

PHOTOS

AQC "Kashalata" kafedə sosial layihə həyata keçirdi - VİDEO — 1
AQC "Kashalata" kafedə sosial layihə həyata keçirdi - VİDEO — 2
AQC "Kashalata" kafedə sosial layihə həyata keçirdi - VİDEO — 3
AQC "Kashalata" kafedə sosial layihə həyata keçirdi - VİDEO — 4
AQC "Kashalata" kafedə sosial layihə həyata keçirdi - VİDEO — 5
AQC "Kashalata" kafedə sosial layihə həyata keçirdi - VİDEO — 6
NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News