Almaniyadan Azərbaycana 18 zubr yola salındı

Almaniyadan Azərbaycana 18 zubr yola salındı
30.01.2026 00:11 Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Berlindəki “Tierpark” heyvanat parkından 12 zubr Azərbaycana yola salınıb. Bundan əlavə, Almaniyanın Bad Berleburq şəhərindən də 6 zubr ölkəmizə göndərilib.

TodayPress TV-nin  xəbər verir ki, zubrların ölkəmizə göndərilməsi prosesini Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Berlinin “Tierpark” heyvanat parkının direktoru Andreas Knieriem və digər aidiyyəti qurumların nümayəndələri müşahidə ediblər.

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Bu cüssəli vəhşi öküzlər qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.

2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.

2019-cu ilin may ayından etibarən isə müxtəlif ölkələrdən, o cümlədən Almaniyadan Azərbaycana zubrlar gətirilir. Həmin heyvanlar uğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidə edilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiya zonasından vəhşi təbiətə buraxılır.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev media nümayəndələrinə müsahibəsində deyib: “Bu gün Berlin zooparkındayıq və mühüm bir hadisəyə şahidlik edirik. 2019-cu ildən IDEA təşkilatının dəstəyi ilə Almaniya ilə çox gözəl bir layihə həyata keçirilir. Belə ki, həm Almaniyada, həm də Avropanın müxtəlif ölkələrində olan zooparklardakı zubrlar Azərbaycana gətirilir və azadlığa buraxılır, təbiətə qaytarılır. Bu, Azərbaycanın təbii müxtəlifliyə, ətraf mühitin qorunmasına verdiyi böyük dəyərin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın Almaniya ilə tərəfdaşlığının gözəl bir nümunəsidir.”

Zubrlar Azərbaycana göndərilməsi üçün Berlin zooparkından nəqliyyat vasitələrinə yüklənərək Frankfurt şəhərinə çatdırılıb və oradan da ölkəmizə yola salınıb. Bu zubrlar Azərbaycana çatdırıldıqda bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra təbiətə buraxılacaq.

Berlinin “Tierpark” heyvanat parkının direktoru Andreas Knieriem müsahibəsində ümumilikdə 18 zubrun yola salınacağını vurğulayaraq bunun indiyədək bir uçuşda daşınan ən böyük zubr qrupu olacağını qeyd edib. İndiyədək Azərbaycana bir neçə daşınma ilə müxtəlif zooparklardan gətirilmiş 46 zubrun yola salındığını bildirən Andreas Knieriem deyib: “Onların bir qismi buradan – “Tierpark”dan, digərləri isə Almaniyanın müxtəlif zooparklarından, xüsusilə Çexiyadan gətirilib. Bu 46 heyvan artıq Azərbaycanda bir araya gəlib və onlar artıq balalayıb. Beləliklə, zubrların sayı 46-dan bu gün təxminən 70-72 aşa çatıb. Bu gün yola salınanları da nəzərə aldıqda Azərbaycandakı zubrların sayı təxminən 90-a yaxınlaşacaq. Demək olar ki, Azərbaycan artıq çox güclü və sağlam zubr populyasiyasına malikdir. Ümid edirəm ki, qarşıdakı illərdə biz bu prosesə daha çox töhfə verə biləcəyik və Azərbaycanda daha çox bala doğulacaq, ölkə zubrların qorunması sahəsində aparıcı yerlərdən birini tutacaq. Bu isə təbiət üçün, biomüxtəlifliyin qorunması və zubrların davamlılığı baxımından son dərəcə vacibdir.

Fürsətdən istifadə edərək, həm prosesin uğurla həyata keçirilməsinə, həm də iki ölkə arasında real və səmimi əməkdaşlığa görə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Belə nümunəvi və etibarlı tərəfdaş olduğu üçün Azərbaycana bir daha təşəkkür edirəm”.

Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur. Layihə zubrların təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün mütəmadi qaydada müxtəlif maarifləndirmə tədbirləri, o cümlədən yay düşərgələri təşkil olunur.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 All News