AHİK uşaqlar üçün bayram şənlikləri təşkil etdi

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil etdi
03.01.2026 13:53 Cəmiyyət

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirib.

Bu barədə TodayPress TV-yə AHİK-dən məlumat verilib.

Bildirilib ki uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsi məqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və unudulmaz xatirələr bəxş edir.

Zövqlə, al-əlvan işıqlarla və Yeni il atributları ilə bəzədilmiş şənlik məkanlarında xüsusi tərtibatda hazırlanan proqramlar uşaqların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səmimi zarafatları, uşaqlarla birlikdə yolka ətrafında rəqs etməsi balacalara sevinc bəxş edib.

Rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib, azyaşlılar, xüsusilə də şəhidlərimizin bizə əmanət qoyduğu balacalar qayğı dolu mühitdə könüllərincə əylənib, sevincli anlar yaşayıblar.

Qeyd edək ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq evlərində, internat məktəblərində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün də şənliklər təşkil edilir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Bütün Xəbərlər