Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı

Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı
18.01.2026 16:43 Cəmiyyət

17 dekabr gecə saatlarından etibarən bölgələrdə qar yağması müşahidə olunur.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, yağan qar səbəbindən günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Qar örtüyünün qalınlaşması və yolun sürüşkən olması səbəbindən xüsusilə sərt döngəli və enişli hissələrdə bir neçə avtomobil yolda qalıb, bəzi nəqliyyat vasitələri isə yoldan çıxıb. Hadisələr nəticəsində ölən və xəsarət alan olmasa da, müxtəlif yol-nəqliyyat qəzaları qeydə alınıb.

Mövcud vəziyyətlə əlaqədar olaraq, hər iki istiqamətdə gediş-gəliş bir müddət xeyli çətinləşib. Polis əməkdaşları yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə gücləndirilmiş rejimdə xidmət aparır, sürücülərə hava şəraitinə uyğun hərəkət etmələri barədə tövsiyələr verilir.

Eyni zamanda, yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Qarlı və buz bağlamış yol sahələrinə duz-qum qarışığı səpilir, hərəkətin normal bərpası üçün zəruri tədbirlər görülür. Hazırda yolun açıq saxlanılması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

TodayPress TV 

NEWS FEED
31 JULY 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 All News