Abşeronda torpaq sahələri niyə boşaldılır? - AÇIQLAMA

Abşeronda torpaq sahələri niyə boşaldılır? - AÇIQLAMA
29.01.2026 17:46 Cəmiyyət

Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi metan qazı (CH4) aşkar edildiyi üçün plana düşüb. 

Məlumata görə plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.

Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı TodayPress TV-yə bildirib ki, əgər konkret faktlar və müvafiq rəsmi qurumlar tərəfindən təsdiqlənmiş təhlükə mövcuddursa, dövlətin belə addımlar atması tamamilə əsaslıdır. 


Onun sözlərinə görə, bu kimi hallarda əsas məqsəd vətəndaşların təhlükəsizliyinin, sağlamlığının və ekoloji tarazlığın qorunmasıdır:

"Əgər ərazidə metan qazının mövcudluğu insan həyatı üçün risk yaradırsa, dövlət vətəndaşların təhlükəsizliyini nəzərə alaraq həmin zonanı yaşayış üçün məhdudlaşdıra və ya tamamilə boşalda bilər. Bu, həm ekoloji, həm də sosial baxımdan normal və zəruri addımdır".

Ekspert kompensasiya məsələsinə də toxunaraq bildirib ki, dövlət ehtiyacları üçün ərazilər alınarkən əsas prioritet vətəndaşların sosial müdafiəsidir:

"Hökumətin məqsədi insanların evsiz qalmasının qarşısını almaq və ödənilən kompensasiya hesabına onların alternativ yaşayış şəraitini təmin etməsinə imkan yaratmaqdır. Kompensasiyanın yüksək və ya aşağı olması subyektiv qiymətləndirmədir və bu, rəsmi prosedurlar əsasında müəyyən edilir. Bu cür hallarda söküntü işlərinə başlanmazdan əvvəl mütləq şəkildə müstəqil qiymətləndiricilər cəlb olunur. Qiymətləndiricilər layihəyə düşən əmlakları – torpaq sahələrini, fərdi yaşayış evlərini və digər tikililəri bazar dəyərinə uyğun qiymətləndirirlər. Kompensasiya məbləğləri də məhz bu qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir".

Ramin Osmanlı əlavə edib ki, dövlət eyni zamanda büdcə vəsaitlərinin səmərəli və düzgün xərclənməsinə xüsusi nəzarət edir. O qeyd edib ki, kompensasiya ödənişləri müxtəlif dövlət qurumlarının nəzarəti altında həyata keçirilir və bu proses şəffaflıq prinsiplərinə uyğun aparılmalıdır:

"Abşeron yarımadasında geoloji xüsusiyyətlərə görə bu tip riskli ərazilərin olması istisna edilmir və gələcəkdə oxşar hallarla başqa yaşayış məntəqələrində də rastlaşmaq mümkündür. Lakin hər bir ərazi üzrə qərar fərdi qaydada, aparılan araşdırmalar və rəsmi rəy əsasında qəbul olunmalıdır".

Qeyd edək ki, hazırda Məmmədli kəndində plana salınması nəzərdə tutulan ərazilərlə bağlı rəsmi qurumlar tərəfindən yekun qərar və dəqiq kompensasiya mexanizmi açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News