“8-ci kilometr” bazarında antisanitar vəziyyət - Ciddi sağlamlıq riskləri

“8-ci kilometr” bazarında antisanitar vəziyyət - Ciddi sağlamlıq riskləri
20.11.2025 18:27 Cəmiyyət

Ərzaq bazarlarında yenidənqurma işləri görülməli, antisanitar vəziyyət aradan qaldırılmalıdır. Bakı şəhəri, Nizami rayonu, "8-ci km" bazarında aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.

TodayPress TV xəbər verir ki, azarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə, müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim olunur. 

Yaranmış vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Fermerin əməyindən sui-istifadəyə yol verilməməlidir. Bazar rəhbərinin işi təkcə piştaxtanı kirayə vermək deyil, eyni zamanda alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmaqdır. 

Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək xəbərdarlıq edir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyekləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması, satışı təmin olunmalıdır. 

“8-ci km” bazarında mövcud vəziyyəti əks etdirən videoçarx: 

https://www.youtube.com/watch?v=GqDKigZ3YIo&feature=youtu.be

TodayPress TV

PHOTOS

“8-ci kilometr” bazarında antisanitar vəziyyət - Ciddi sağlamlıq riskləri — 1
“8-ci kilometr” bazarında antisanitar vəziyyət - Ciddi sağlamlıq riskləri — 2
“8-ci kilometr” bazarında antisanitar vəziyyət - Ciddi sağlamlıq riskləri — 3
“8-ci kilometr” bazarında antisanitar vəziyyət - Ciddi sağlamlıq riskləri — 4
“8-ci kilometr” bazarında antisanitar vəziyyət - Ciddi sağlamlıq riskləri — 5
NEWS FEED
16 JUNE 2026
Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 All News