20 Yanvar faciəsinin şahidi, I Qarabağ müharibəsinin şəhidi Sabir Muradov - VİDEO

20 Yanvar faciəsinin şahidi, I Qarabağ müharibəsinin şəhidi Sabir Muradov - VİDEO
20.01.2026 17:57 Cəmiyyət

20 Yanvar faciəsindən 36 il ötür.  1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, o ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

20 Yanvar hadisələri zamanı sovet ordusuna qarşı əliyalın mübarizə aparan qəhrəmanlardan biri də Muradov Sabir Yaqub oğlu olub.

Şəhidimizin bacısı Xanməmədova Təranə qəhrəman qardaşı ilə bağlı TodayPress TV-yə danışıb. 

O bildirib ki, Sabir də əqidədaşları  ilə birlikdə  Salyan kazarmasında Sovet ordusuna qarşı əliyalın vuruşanlardan biri olub.  

Həmin o qanlı gecədə Sabir, Bakı küçələrində eşidilən atışma səslərinə, tankların altında qalaraq əzilən maşınlara, canını güllələrə sipər edən insanların qanına bulaşmış küçələrə şahidlik edir.  

İki gün yaralı Sabirdən xəbər ala bilməyən ailəsi onun adını o zamanlarda tirajlanan “Səhər” qəzetində adları çəkilən yaralıların arasında görür və ailənin əzablı günləri də o vaxtdan başlayır. 

20 Yanvar faciəsinin yarasını alan Sabir 1992-ci ildə baş vermiş əsrin ən dəhşətli faciəsi olan Xocalı faciəsində ermənilər tərəfindən həmvətənlərimizə qarşı törədilmiş cinayətləri haqda məlumat eşitdikdə onun intiqam hissi daha da böyüyür və Sabir həmin ildə ailəsinin xəbəri olmadan yaradılmış “Qisasçı” 20 Yanvar batalyonuna yazılır. Könüllü olaraq döyüşlərə qatılır.   

Şəhidimiz Sabir Muradovdan geriyə xatirələri və bir də illər keçsə də, doğmalarının gözündə qurumayan göz yaşları qalıb. 

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.  Bu faciəni nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü, bütöv Azərbaycanı görəndə bundan böyük qürur hissi keçiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Vüsalə Nəciyeva

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 All News