100-dən çox tələbə AQC-də təcrübə keçəcək – FOTO

100-dən çox tələbə AQC-də təcrübə keçəcək – FOTO
06.05.2026 10:06 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində növbəti irimiqyaslı layihəyə start verib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Avrasiya Universiteti ilə AQC arasında imzalanmış əməkdaşlıq memorandumlarına uyğun olaraq, tələbələrin istehsalat təcrübəsi proqramına rəsmi başlanılıb.

Proqram çərçivəsində hər iki universitetin müvafiq ixtisasları üzrə təhsil alan 100-dən çox tələbəsi AQC-yə üzv olan aparıcı qiymətləndirmə şirkətlərinə ezam olunublar. Tələbələr bir ay müddətində peşəkar qiymətləndiricilərin rəhbərliyi altında real iş prosesində iştirak edəcək, nəzəri biliklərini praktiki müstəvidə tətbiq etmək imkanı qazanacaqlar.

Layihənin başlanması ilə əlaqədar AQC-nin mərkəzi ofisində bir qrup tələbə ilə görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc gənclərin peşəkar inkişafının cəmiyyət üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb:

“Müasir əmək bazarının tələbləri yalnız nəzəri hazırlıqla məhdudlaşmır. Universitetlərlə qurduğumuz bu sıx əməkdaşlıq tələbələrin ali təhsil ocaqlarında mənimsədikləri akademik biliklərin real bazar mühitində sınaqdan keçirilməsinə və tətbiqinə şərait yaradır. Bizim məqsədimiz ölkədə qiymətləndirmə sektorunun gələcək kadr potensialını formalaşdırmaq və gənclərə bu spesifik sahənin incəliklərini peşəkarlardan öyrənmək şansı verməkdir”.

Vüqar Oruc həmçinin qeyd edib ki, təcrübə müddətində fərqlənən və xüsusi bacarıq nümayiş etdirən tələbələr gələcəkdə AQC-yə üzv şirkətlərdə daimi işlə təmin olunma şansı əldə edəcəklər.

Qeyd edək ki, təcrübə proqramı dövründə tələbələr daşınmaz əmlakın, daşınar əmlakın və biznesin qiymətləndirilməsi sahəsində beynəlxalq standartların tətbiqi, hesabatların hazırlanması və bazar təhlili kimi mövzularda praktik vərdişlərə yiyələnəcəklər.

TodayPress TV

PHOTOS

100-dən çox tələbə AQC-də təcrübə keçəcək – FOTO — 1
NEWS FEED
15 JUNE 2026
"Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 All News