10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşdi

10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşdi
09.09.2025 13:01 Cəmiyyət

Azərbaycanda 10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, Gəncə-Qazax, Qurbanzadə kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir) - Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl) - Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl) - Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir) - Gəncə (Dəmiryolu vağzalı), Ziyadlı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Qaradağlı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux) -  Gəncə (Dəmiryolu vağzalı) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

"Gəncə-Qazax" marşrutları üzrə fiziki şəxslər Kərimov Nəbi Elbəyi oğlu və Əhmədov Elçin İsmit oğlu, Qurbanzadə kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Yalqışlaq kəndi (Göygöl) – Gəncə (Bağbanlar küçəsi) marşrutları üzrə hüquqi şəxs "Simurq Kompani" MMC, Qaramusalı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Hacıalı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC, Qapanlı kəndi (Şəmkir) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC, Qırıqlı kəndi (Göygöl) – Gəncə (Avtovağzal) və Ağlavaşlı kəndi (Şəmkir) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Danyarlı" şirkəti, Ziyadlı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutu üzrə hüquqi şəxs "Nəqliyyat 1" MMC, Qaradağlı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC qalib elan olunublar.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər