Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr bu üç nöqtədə olacaq

Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr  bu üç nöqtədə olacaq
17.07.2026 12:45

Yaxın Şərqi anlamaq üçün xəritəyə  realist və geostrateji linzalarla baxmaq lazımdır. Regiondakı münaqişələr təkcə dini və ya etnik qarşıdurmalardan ibarət deyil.  Qlobal ticarətin və enerji xətlərinin "şah damarı" sayılan coğrafi nöqtələrə nəzarət uğrunda gedən amansız bir mübarizənin ortasındayıq.

Yaxın onilliklərdə regionun taleyini 3 kritik nöqtə və bu nöqtələr ətrafında qurulan proksi şəbəkələri həll edəcək.

Yaxın Şərqdəki güc rəqabəti əsasən bu üç coğrafi dar boğazın nəzarəti ətrafında fırlanır:

Hörmüz Boğazı: Qlobal neft nəqlində alternativsiz keçid nöqtəsi. İranın birbaşa nəzarətində olan və Körfəz ölkələri ilə ABŞ üçün daimi "geosiyasi təhdid" alətinə çevrilən ən həssas nöqtə.

Babülməndəb Boğazı: Qırmızı dənizin qapısı. Süveyş kanalına gedən yol buradan keçir. Yəməndəki husilər vasitəsilə İranın bu boğazda qurduğu təsir rıçaqı, qlobal ticarəti bir neçə saat ərzində iflic etmək gücünə malikdir.

Süveyş Kanalı və Şərqi Aralıq Dənizi Koridorları: Asiya və Avropanı birləşdirən əsas arteriya. Suriya və Livan üzərindən Aralıq dənizinə çıxış əldə etmək istəyən regional güclərin əsas toqquşma poliqonu.

Bu yağlı tikələr uğrunda birbaşa qarşıdurma qlobal nüvə və  regional fəlakət deməkdir. Buna görə də "Böyük Beşlik" — İran, Körfəz ölkələri, İsrail, ABŞ və Türkiyə — öz strateji hədəflərinə  proksilər vasitəsilə nail olmağa çalışırlar.

Babülməndəb boğazını nəzarətdə saxlamaq və Səudiyyə Ərəbistanını təzyiq altında saxlamaq üçün İranın ən effektiv proksisi Yəməndir. 

İsrailin şimal sərhədlərində daimi təhlükə yaratmaq və İranın Aralıq dənizinə quru dəhlizini təmin etmək üçün plasdarm - Livan (Hizbullah) və  Suriya masaya gəlir.

Regional güc mərkəzləri və ABŞ hərbi varlığı arasında bufer zona və nüfuz mübarizəsinin mərkəzi də ki İraqdır.

Regionda yaxın gələcəkdə davamlı sülhün bərqərar olması demək olar ki, qeyri-mümkündür. Bunun bir neçə səbəbini izah etmək olar.

Bir tərəfin öz təhlükəsizliyini təmin etmək üçün atdığı hər bir addım (məsələn, proksi qrupların silahlandırılması və ya müdafiə paktları), digər tərəf üçün ekzistensial təhdiddir. Bu silahlanma və gərginlik spiralını sonsuz dərəcədə fırladır.

Coğrafi dar boğazlar və strateji keçidlər elə strukturdadır ki, bir tərəfin qazancı avtomatik o birinin itkisidir. Hörmüz və ya Babülməndəbdə ortaq idarəetmə və ya kompromis mexanizmi yoxdur. Buna görə düyün açılmır. 

Proksi müharibələri böyük güclər üçün çox ucuz və asanlıqla inkar edilə bilən münaqişə formasıdır. İnsan və iqtisadi itkiləri proksilər vasitəsilə kompensasiya edən əsas oyunçular üçün müharibəni dayandırmaq motivasiyası aşağıdır.

Yaxın Şərq geosiyasəti, oyunçuların dəyişdiyi, lakin qaydaların və xəritənin eyni qaldığı tozlu  şahmat taxtasıdır. Taxtada piyadalar (proksi dediyimiz qüvvələr) fəda edilsə də, boğazlar və dəhlizlər uğrunda mübarizənin həllini  görməyə bizim nəslin ömrü yetməyəcək.

Jalə Rövşən

NEWS FEED
20 AUGUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 All News