Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri

Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri
10.08.2026 17:55

Son günlər Şah İsmayıl Xətai və Səfəvilərin tarixi irsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəs tarixi şəxsiyyətimiz Şah İsmayıl Xətaiyə hücumların arxasında nə dayanır?


Sözügedən mövzu ilə bağlı politoloq Asif Nərimanlı TodayPress TV-yə danışarkən deyib ki, Şah İsmayıl Xətaiyə hücumlarla bağlı məsələ hər dəfə qəribə və müəmmalı bir proses kimi yaşanır. Çünki Azərbaycanda bəzən gündəmdə boşluq yarandıqda və ya gündəmi dəyişmək istədikdə bu məsələ xüsusilə qabardılır. Bəzən geniş müzakirələrdən sonra bu müzakirənin nə üçün, kimin tərəfindən başladıldığı və hansı məqsədi daşıdığı da prosesin içində itib-batır.

"Lakin hər zaman müşahidə etdiyimiz bir məsələ var: Şah İsmayıla hücumların arxasında həmişə məzhəb amili dayanır. Yəni Şah İsmayıla hücum edənlər adətən məsələyə məzhəb kontekstindən yanaşırlar. Onu xüsusilə şiəliyin əsas fiquru kimi təqdim edir və şiəliyə qarşı olanlar Şah İsmayılı tənqid etməyə, ona hücum etməyə çalışırlar. Məsələyə tarix kontekstindən və ya günümüzün reallıqlarından baxmaqdansa, məzhəb müstəvisindən yanaşırlar. Mən şəxsən nə Şah İsmayılın, nə də ona hücum edənlərin tərəfdarıyam. İslam dininin məzhəblərə bölünməsinin də tərəfdarı deyiləm. Amma bu məsələdə hər zaman məzhəb mövzusu ön plana çıxır. Ona hücum edənlərə baxdıqda görürük ki, onlar təkcə Şah İsmayıla yox, ümumiyyətlə, Azərbaycandakı bir çox proseslərə — həm tariximizə, həm də gələcəyimizə məzhəb müstəvisindən baxırlar",- analitik vurğulayıb. 

Ekspert Xətaiyə qarşı hücumların yenidən aktuallaşmasının səbəbsiz olmadığını diqqətə çatdırıb:

"İran ətrafında baş verən proseslərə baxdıqda, bu, müəyyən ehtimallar yaradır. Çünki İran ətrafındakı proseslər — müharibə dayansa, müəyyən atəşkəs əldə olunsa və ya gələcəkdə sülh imzalansa belə — İranın gələcəkdə parçalanma ehtimallarını hər zaman aktual saxlayır. Son müharibədən sonra bu ehtimal bir qədər də aktuallaşdı. Təbii ki, bu ssenari yaşanarsa, həmin coğrafiyada yeni dövlətlərin və yeni sərhədlərin cızılması məsələsi gündəmə gələcək. Belə bir ssenarinin baş verəcəyi təqdirdə Səfəvi irsi, Şah İsmayıl Xətai irsi Azərbaycan üçün əsas dayaq nöqtələrindən biri olacaq. Belə görünür ki, Azərbaycan cəmiyyətində Şah İsmayıla hücum edənlərin əsas məqsədi ölkəmizi regionda baş verə biləcək gələcək proseslərdən kənarlaşdırmaq, Azərbaycanın hər hansı üstünlük və ya qazanc əldə etməsinin qarşısını almaqdır".

Analitik Şah İsmayıl Xətaiyə hücum etməyin və ona sırf məzhəb müstəvisində yanaşmağın fəsadlarını dilə gətirib:

"Bu, Azərbaycanın tarixinə ziyandır və tariximizə yanlış baxış ortaya qoyur. Azərbaycanın maraqları kontekstində günümüzün reallıqlarına uyğun gəlmir. Həmçinin gələcəkdə regionumuzda baş verə biləcək proseslərdə Azərbaycanın qazana biləcəyi üstünlüyün qarşısını almaq məqsədi daşıyır.

Bunu edənlər bilərək və ya bilməyərək etsələr də, yekun nəticə olaraq biz bunun mənfi fəsadlarını yaşaya bilərik. Düşünürəm ki, Şah İsmayıla məzhəb müstəvisində yanaşmaq ən yanlış yanaşmalardan biridir. Çünki Şah İsmayıl Səfəvi imperiyasını qurarkən şiəlik məzhəbindən istifadə edib. Tarixə baxdıqda, bu, tamamilə normal qəbul olunandır. Çünki Osmanlıda da, Səfəvilərdə də din hər zaman siyasətdə istifadə olunub. Hətta Roma imperiyasında və Avropanın özündə də zaman-zaman din dövlətlərin qurulmasında, dağılmasında və yeni siyasətin formalaşmasında istifadə edilib".

Asif Nərimanlı məsələnin artıq tarixi müzakirə mövzusu olduğunu bildirərək, bu gün Şah İsmayıla hücum etməyin və onu pisləməyin Azərbaycanın tarixinə qarşı çıxmaq demək olduğunu diqqətə çatdırıb:

"Bunun arxasında duranlar məsələyə daha çox məzhəb müstəvisindən yanaşanlardır. Onlar bilərək və ya bilməyərək Azərbaycanın tarixinə qarşı addım atır, günümüzün reallığına uyğun olmayan şəkildə milli maraqlarımızın əleyhinə gedir və gələcək proseslərdə Azərbaycanın üstünlük qazanmasına mane olmağa çalışırlar".

Jalə Rövşən

NEWS FEED
20 AUGUST 2026
“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azeri Light oil price exceeds $95 per barrel 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 State Security Service detains member of illegal armed group wanted since 2009 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 All News