Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü?

Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü?
13.07.2026 12:00

Gürcüstanın müasir tarixinə nəzər saldıqda, ölkənin dövlət müstəqilliyini elan edən və onun ilk prezidenti olan Zviad Qamsaxurdiyanın fiquru hər zaman kəskin müzakirələr və ziddiyyətlərlə xatırlanıb.

Parlaq bir dissident, tanınmış yazıçı Konstantin Qamsaxurdiyanın oğlu kimi sovet rejiminə qarşı mübarizə aparan bu şəxs, hakimiyyət kürsüsünə əyləşdikdən sonra tamamilə fərqli bir siyasi portret cızıb. Onun radikal millətçiliyi, idarəetmədəki səriştəsizliyi və etnik azlıqlara qarşı yürütdüyü sərt siyasət Gürcüstanı qısa müddətdə vətəndaş müharibəsinin və parçalanmanın astanasına gətirib.

Dissidentlikdən radikal millətçiliyə

Zviad Qamsaxurdiyanın 1970-ci illərdəki fəaliyyəti daha çox insan hüquqlarının müdafiəsi və sovet repressiyalarına qarşı mübarizə ilə bağlı olub.

O, Gürcüstanda Helsinki Qrupunun yaradıcılarından biri olub, milli kimliyin qorunması uğrunda çıxışlar edib. Lakin 1980-ci illərin sonlarında Sovet İttifaqı dağılmağa doğru getdikcə, Qamsaxurdiyanın ritorikası liberal-demokratik xətdən uzaqlaşaraq kəskin şovinist müstəviyə keçib. Onun rəhbərlik etdiyi "Dairəvi Masa — Azad Gürcüstan" bloku xalqın daxili azadlıq axtarışını emosional və aqressiv millətçiliklə əvəzləyib. 1991-ci ilin mayında keçirilən prezident seçkilərində səslərin böyük əksəriyyətini qazanaraq hakimiyyətə gələn Qamsaxurdiyanın prezidentlik dövrü ölkə daxilində böyük bir xaosun başlanğıcı olub.

"Gürcüstan gürcülər üçündür" şüarı və azərbaycanlılara qarşı deportasiya siyasəti

Qamsaxurdiyanın hakimiyyət illəri Gürcüstanda yaşayan qeyri-gürcü xalqlar, xüsusilə də çoxəsrlik tarixi torpaqlarında yaşayan soydaşlarımız üçün ağır sınaq dövrünə çevrilib.

Onun irəli sürdüyü "Gürcüstan gürcülər üçündür" doktrinası ölkədəki etnik azlıqların sıxışdırılmasına hüquqi və ideoloji zəmin yaradıb.

Prezidentin birbaşa göstərişi və xeyir-duası ilə Borçalı bölgəsində (xüsusilə Bolnisi, Marneuli, Dmanisi və Qardabanidə) azərbaycanlılara qarşı genişmiqyaslı repressiyalar başlayıb. Azərbaycanlıların rəhbərlik etdiyi kolxoz və sovxozlar ləğv edilib, soydaşlarımız dövlət işlərindən və yerli idarəetmə orqanlarından kütləvi şəkildə uzaqlaşdırılıb. Ən dözülməz addımlardan biri isə toponimlərin dəyişdirilməsi olub, azərbaycan adları daşıyan kənd və qəsəbələrin adları zorla gürcüləşdirilib. Həmin dövrdə minlərlə azərbaycanlı ailəsi daimi təzyiqlər, fiziki zorakılıq və iqtisadi blokada səbəbindən doğma yurd-yuvalarını tərk edərək Azərbaycana pənah gətirmək məcburiyyətində qalıb. Qamsaxurdiyanın bu nifrət siyasəti təkcə azərbaycanlıları deyil, eyni zamanda osetin və abxazları da hədəf aldığı üçün ölkədə separatizm ocaqlarının alovlanmasına və ardıcıl etnik münaqişələrə yol açıb.

Hakimiyyətdən devrilmə və Qroznı mühacirəti

Qamsaxurdiyanın avtoritar idarəetmə meylləri, müxalifəti tamamilə sıradan çıxarmaq cəhdləri və ölkəni beynəlxalq izolyasiyaya sürükləməsi daxildəki hərbi-siyasi elitanı ona qarşı qaldırıb.

Artıq 1991-ci ilin payızında Tiflisdə gərginlik pik həddə çatıb. Tengiz Kitovani və Yaba İoselianinin rəhbərlik etdiyi "Mxedrioni" hərbi qruplaşması və Milli Qvardiya prezidentə qarşı açıq üsyana başlayıb.

1991-ci ilin dekabrından 1992-ci ilin yanvarınadək Tiflisin mərkəzində, xüsusəndə Rustaveli prospektində şiddətli döyüşlər gedib. Hərbi çevriliş nəticəsində Qamsaxurdiya hakimiyyətdən devrilib. O, paytaxtı tərk edərək əvvəlcə Ermənistana, oradan ise Çeçenistana qaçıb. Qroznıda çeçen lideri Cövhər Dudayevin himayəsi altında mühacirət hökuməti quran eks-prezident, Gürcüstanda qanuni hakimiyyətin yalnız özünə məxsus olduğunu iddia edərək iqtidarı geri qayıtmaq planları hazırlayıb.

Qanlı qayıdış cəhdi və müəmmalı ölüm iddiaları

1993-cü ilin payızında Gürcüstanın Abxaziyada ağır hərbi məğlubiyyətə uğramasından və ölkədə yaranan siyasi böhrandan istifadə edən Qamsaxurdiya, tərəfdarları ilə birlikdə Qərbi Gürcüstana (Sameqrelo bölgəsinə) geri dönüb.

O, Eduard Şevardnadze hökumətini devirmək üçün silahlı mübarizəyə başlasa da, bu cəhd uğursuzluqla nəticələnib. Hökumət qüvvələrinin sıxışdırdığı Qamsaxurdiya bir neçə sadiq adamı ilə Sameqrelonun dağlıq kəndlərində gizlənməyə məcbur olub.

Zviad Qamsaxurdiyanın ömrü 1993-cü il dekabrın 31-də başa çatıb. Onun ölüm şəraiti bu gün də Gürcüstan tarixinin ən qaranlıq səhifələrindən biri olaraq qalıb. Rəsmi ilkin versiyaya görə, Xibula kəndində çarəsiz vəziyyətə düşən eks-prezident tapança ilə intihar edib. Lakin onun ailəsi və tərəfdarları bu iddanı qəti şəkildə rədd ediblər.

Xüsusilə sonrakı illərdə parlament komissiyalarının araşdırmaları və şahid ifadələri fonunda fərqli iddialar ortaya atılıb. Bu iddialardan birinə görə, Qamsaxurdiya Sameqrelo dağlarında gizlənərkən deyil, əslində mühasirədən qatarla qaçmağa çalışarkən Şevardnadze hökumətinə sadiq xüsusi xidmət orqanları və ya rəqib hərbi qruplaşmalar tərəfindən pusquya salınaraq qatarda qətlə yetirilib, ölüm yeri isə sonradan rəsmi ssenariyə uyğunlaşdırılıb. Qəsd versiyasını müdafiə edənlər eks-prezidentin bədənindəki güllə yaralarının istiqamətinin intihar ehtimalını istisna etdiyini bildiriblər.

Onun cənazəsi əvvəlcə gizli şəkildə dəfn edilsə də, sonradan nəşi Qroznıya aparılıb, illər sonra — 2007-ci ildə isə yenidən Tiflisə gətirilərək Mtatsminda panteonunda dövlət səviyyəsində dəfn olunub. Qamsaxurdiyanın hakimiyyəti Gürcüstan dövlətçiliyinə ağır yaralar vuran və etnik zəmində dərin uçurumlar yaradan bir dövr kimi yaddaşlara həkk olunub.

Nicat Osmanlı

NEWS FEED
20 AUGUST 2026
Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 All News