Yay mövsümündə necə qidalanmalıyıq? – Mütəxəssis rəyi

Yay mövsümündə necə qidalanmalıyıq?  – Mütəxəssis rəyi
17.07.2025 17:32

Havalar isindikcə iştahsızlıq və ya zəhərlənmə kimi hallar artır. 

Bəs belə problemlərlə üzləşməmək üçün hansı qidaları istehlak etmək lazımdır?

“Refresh Group” MMC-nin Baş İcraçı Direktoru, qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov TodayPress TV-yə açıqlamasında bildirib ki, yay fəslində düzgün qidalanma sağlamlığın əsas şərtidir.

Ekspert yay aylarında mövsümi meyvə və tərəvəzlərin qidalanmada üstünlük təşkil etməsini tövsiyə edib.

"Qarpız, yemiş, xiyar, pomidor və böyürtkən kimi su tərkibli qidalar bədəni nəmləndirir və enerjili saxlayır. Yaşıl yarpaqlı tərəvəzlər isə immun sistemini gücləndirir və orqanizmi vacib vitaminlərlə zənginləşdirir. Su balansının qorunması yay fəslində xüsusi əhəmiyyət daşıyır. İnsan gündəlik olaraq 2,5–3 litr su içməlidir."

Mütəxəssis əlavə edib ki, ayran, limonlu su, şəkərsiz kompotlar və bitki çayları da orqanizmi susuzluqdan qoruyur. Əvəzində isə qazlı və çox şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur.

Onun fikrincə, yay aylarında yüngül və asan həzm olunan qidalar qida rasionunda üstünlük təşkil etməlidir. 

“Toyuq, balıq və paxlalılar kimi protein mənbələri əzələ toxumasını qoruyur və enerji verir. Bununla yanaşı, qızardılmış və yağlı yeməklərdən çəkinmək, əvəzində buxarda və ya qril üsulu ilə bişirilmiş yeməklərə üstünlük vermək məsləhətlidir”.

Qida təhlükəsizliyi və gigiyena məsələsinə də toxunan Seymur Qafarov yayda bu sahədə daha diqqətli olmağın vacibliyini bildirib.

Onun sözlərinə görə, qarpız və yemiş kimi torpaqla təmasda olan meyvələr istifadə olunmazdan əvvəl mütləq yuyulmalıdır.

“Hazırlanmış yeməklər isə uzun müddət saxlanılmamalıdır. Hətta soyuducuda belə. Açıq havada satılan və tez xarab olan qidalardan uzaq durmaq, isti yeməklər isə 60°C və daha yüksək temperaturda saxlanması məqsədəuyğundur. Sağlam qəlyanaltılar da diqqətdə saxlanmalıdır. Bu baxımdan badam, fındıq, təbii yoqurt kimi yüngül və sağlam qəlyanaltılar gün ərzində orqanizmin enerji ehtiyacını qarşılayır”.

Ekspert bildirib ki, günün ən isti saatları olan 12:00–16:00 aralığında açıq günəş altında qalmaqdan çəkinmək lazımdır. 

Həmin saatlarda bol su içmək və yüngül qidalanmaq günvurmadan qorunmaq üçün vacibdir. O, həmçinin yay aylarında dəniz kənarına aparılan qidalar barədə də vacib tövsiyələr verib.

Qeyd edib ki, isti hava şəraitində qida təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşmaq lazımdır.

"İzotermik çantalar və buz paketlərindən istifadə etmək məsləhətlidir. Bu vasitələr qidaların temperatur balansını qorumağa kömək edir. Qidalar kiçik porsiyalarda qablaşdırılmalı, soyuducu isə mütləq kölgədə saxlanmalıdır. Mayonezli salatlar, kremli şirniyyatlar və dondurulmuş məhsullar da isti şəraitdə mikrobioloji təhlükə yarada bilər".

Sonda Seymur Qafarov vurğulayıb ki, yay mövsümündə düzgün və təhlükəsiz qidalanma yalnız sağlamlığı qorumaq üçün deyil, həm də gündəlik həyat keyfiyyətini yüksəltmək üçün vacibdir.

Türkan İsgəndərli

FOTOLAR

Yay mövsümündə necə qidalanmalıyıq?  – Mütəxəssis rəyi — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Bütün Xəbərlər