Xəzər Tibb Mərkəzinə 90 minə yaxın müraciət daxil olub

Xəzər Tibb Mərkəzinə 90 minə yaxın müraciət daxil olub
11.12.2025 11:20

“İcbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb”.

TodayPress TV xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Xəzər Tibb Mərkəzinə təşkil olunan mediaturda zamanı jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib:

“Hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya (əzələ hərəkətlərinin elektrik aktivliyini ölçmək üçün istifadə olunur), treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlar) təmin edilib.

Səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb ki, bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb. İcbari tibbi sığortanın tətbiqi ilə yanaşı, Xəzər Tibb Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb və hazırda pasiyentlərə fasiləsiz xidmət göstərir.

Bu ilin ilk 6 ayında Mərkəzə 90 000-ə yaxın müraciət daxil olub, ümumilikdə 248 000-dən artıq xidmət göstərilib və icbari tibbi sığorta ilə 821 cərrahi xidmət icra edilib”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər