TƏBİB: Vətən müharibəsi iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib

TƏBİB: Vətən müharibəsi iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib
07.11.2025 11:21

TƏBİB tərəfindən Vətən müharibəsində şəhid olan insanlarımızın ailə üzvlərinin, eləcə də Vətən müharibəsi iştirakçılarının sağlamlığı daim diqqət mərkəzində saxlanılır. 

Bu barədə TodayPress TV-yə qurumdan məlumat verilib. 

Bildirilib ki, vətən müharibəsi zamanı şəhid olmuş vətəndaşlarımızın birinci dərəcəli qohumlarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili, müvafiq dövlət qurumları ilə birlikdə əlaqəli və çevik xidmətin göstərilməsi istiqamətində görülən işlər davam etdirilir. Belə ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində tibb müəssisələrinə ümumilikdə 7 043 şəhid ailəsi üzvü 38 837 tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında şəhid ailəsi üzvlərinə 142 122 müxtəlif adda tibbi xidmət göstərilib.  Vətən müharibəsi iştirakçılarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili nəticəsi olaraq 2025-ci ilin ilk 9 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 10 805 müharibə iştirakçısı 68 373 tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında onlara 206 614 müxtəlif adda tibbi xidmət göstərilib. 

Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik, radioloji və s. kimi istiqamətlərdə olub. Qeyd edək ki, hər iki həssas əhali qrupundan TƏBİB-in “815”, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzindən daxil olmuş ümumilikdə 1212 müraciət araşdırılaraq cavablandırılıb. 

Əlavə edək ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəhid ailələri və müharibə iştirakçıları ilə iş üzrə 161 nəfər koordinator çalışır. Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən şəhid ailə üzvləri və müharibə iştirakçılarının müraciətinin ilk olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinin aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək göstərilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün “YAŞAT” fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir. 

Həmçinin koordinatorlar tərəfindən müəyyən vaxt intervalı gözlənilməklə Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə mütəmadi zənglərin olunması, bu zənglərə əsasən tibbi xidmətə ehtiyacı olanların vaxtında müayinə və müalicə prosedurlarına cəlb olunması təmin edilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Bütün Xəbərlər