Son 3 ildə 160 minə yaxın xarici vətəndaşa tibbi xidmət göstərilib

Son 3 ildə 160 minə yaxın xarici vətəndaşa tibbi xidmət göstərilib
15.10.2025 17:21

Son illərdə Azərbaycan Respublikasında xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin həcmində sabit artım dinamikası müşahidə olunur. 

TodayPress TV xəbər verir ki, TƏBİB tərəfindən aparılan statistik təhlillər göstərir ki, ölkəmizdə tibbi xidmətlərdən yararlanan xarici vətəndaşların sayı ilbəil artmaqda davam edir və bu sahə üzrə müsbət tendensiya qeyd alınır.

2023-cü ildə Azərbaycanda ümumilikdə 59 011 xarici vətəndaş müxtəlif tibbi xidmətlərdən yararlanıb. 2024-cü ildə bu göstərici 57 077 nəfər təşkil edib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 42 451 xarici vətəndaşa tibbi xidmət göstərilib. İlin sonuna qədər bu rəqəmin əvvəlki illərlə müqayisə edilə biləcək səviyyədə olacağı proqnozlaşdırlır.

Ümumilikdə son üç ildə 158 539 xarici vətəndaşa tibbi xidmət göstərilib. Ən çox tibbi xidmət alan vətəndaşlar isə əsasən Rusiya, Gürcüstan, Türkiyə, İran və Özbəkistan kimi ölkələrdən olub. Təkcə 2025-ci ilin ilk doqquz ayında Rusiya Federasiyasından 15 491, Gürcüstandan isə 9 510 nəfər vətəndaş ölkəmizdə müalicə alıb. 

Xarici vətəndaşlara göstərilən tibbi xidmətlərin strukturu geniş və müxtəlif ixtisaslaşmış sahələri əhatə edir. 2025-ci ilin ilk doqquz ayı ərzində 20 413 nəfər ixtisaslaşdırılmış ambulator tibbi xidmətlərdən, 16 916 nəfər laboratoriya xidmətlərindən yararlanıb. Eyni dövrdə 244 cərrahi əməliyyat, eləcə də yüzlərlə fizioterapiya və invaziv radioloji (angioqrafiya) xidmət göstərilib.

Habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətində məhz turistlərə göstərilən xidmətdə rahat ünsiyyətin təmin olunması məqsədilə ingilis və rus dillərini bilən tibbi personallar formalaşdırılıb. Bundan əlavə, Bakı, Qəbələ, Naftalan, Quba və Şəki kimi turizm mərkəzlərində isə tibbi xidmətin sayı və çeşidi, xidmət əlçatanlılığı mütəmadi olaraq təkmilləşdirilir.

Qeyd olunan göstəricilər Azərbaycanın regionda səhiyyə turizminin cəlbedici istiqamətlərindən birinə çevrildiyini təsdiq edir. Bütün bunlar ölkəmizdə dövlət tibb müəssisələrinin yüksək texnoloji imkanlara, müasir avadanlıqlara və peşəkar kadr potensialına malik olduğunu göstərir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər