Havanın çirklənməsi insan bədənini gizlicə dəyişirmiş - Maraqlı tədqiqat

Havanın çirklənməsi insan bədənini gizlicə dəyişirmiş - Maraqlı tədqiqat
12.05.2026 05:00

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik səviyyəsi dəyişməz qalsa belə, piyin toplanmasına və əzələ kütləsinin itirilməsinə səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun tədqiqatçılarının nəticələri "Diabetes Care" jurnalında dərc olunub.

Alimlər İspaniyada yaşayan, artıq çəki və metabolik sindromdan - yüksək qan şəkəri, hipertoniya və xolesterin mübadiləsinin pozulmasının birləşməsindən əziyyət çəkən 55-75 yaş arası 1454 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar çirklənmə səviyyəsinin yüksək olduğu Barselona da daxil olmaqla, beş fərqli şəhərdə yaşayırdılar.

Tədqiqatçılar havanı çirkləndirən üç əsas amilin - PM2.5 incə dispersiyalı hissəciklərin, azot dioksidinin və əsasən dizel mühərriklərinin fəaliyyəti nəticəsində yaranan hisin təsirini qiymətləndiriblər.

Əksər oxşar tədqiqatlardan fərqli olaraq, yeni araşdırmada alimlər yalnız çəki ölçməklə kifayətlənməyiblər. İştirakçılara üç dəfə - araşdırmanın əvvəlində, bir il sonra və üç il sonra - DXA densitometriyası tətbiq olunub. Bu üsul piy və əzələ toxumasının miqdarını ayrı-ayrılıqda qiymətləndirməyə, həmçinin piyin bədəndə hansı nahiyələrdə toplandığını dəqiq müəyyən etməyə imkan verir.

Məlum olub ki, daha çirkli havası olan ərazilərdə yaşayan insanlarda zaman keçdikcə bədəndəki piy faizi artır, əzələ kütləsi isə azalır. Xüsusilə, hislə bağlı güclü əlaqə müşahidə olunub. Belə ki, üç il ərzində ən çirkli bölgələrin sakinləri təxminən bir kiloqram əzələ toxuması itiriblər.

Bundan əlavə, tədqiqat ilk dəfə olaraq havanın çirklənməsi ilə daxili orqanları əhatə edən qarın boşluğundakı dərin piyin - visseral piyin toplanması arasında əlaqəni ortaya qoyub. Bu növ piy xüsusilə təhlükəli hesab olunur. Çünki o, xroniki iltihab, diabet və ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir.

Tədqiqatçıların sözlərinə görə, xırda çirkləndirici hissəciklər qan dövranına daxil olaraq sistemli iltihab yarada bilər. Bu isə maddələr mübadiləsinə və bədəndə piyin paylanmasına təsir göstərir.

Bununla belə, müəlliflər vurğulayırlar ki, bu araşdırma yalnız əlaqəni aşkar edib və hələlik birbaşa səbəb-nəticə münasibətini tam sübut etmir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Bütün Xəbərlər