Gənclər arasında bağırsaq xərçəngi halları artır - SƏBƏB

Gənclər arasında bağırsaq xərçəngi halları artır - SƏBƏB
13.10.2025 02:23

Dünyada gənclər arasında bağırsaq xərçəngi hallarında sürətli artım qeydə alınır. Mütəxəssislər erkən yaşda başlayan bu xərçəng formasının yaşlılardakı bağırsaq xərçəngindən bioloji cəhətdən fərqli olduğunu bildirirlər.

TodayPress TV xəbər verir ki, bu fərqlərin əsas səbəblərindən biri kimi isə müasir qidalanma vərdişləri göstərilir.

Aparılan araşdırmalara görə, ABŞ, Hindistan və Avropanın bəzi bölgələrində bağırsaq xərçəngi artıq gənclər arasında ölümə səbəb olan əsas onkoloji xəstəliklərdən birinə çevrilib. Tədqiqatlar göstərir ki, 50 yaşdan aşağı xəstələrin maddələr mübadiləsi yaşlılarla müqayisədə fərqli işləyir. Gənc xəstələrdə karbohidrat mübadiləsi pozulmuş, sitrat səviyyəsi azalmış və zülal parçalanmasında dəyişikliklər müşahidə olunmuşdur ki, bu da orqanizmdə metabolik stressin artdığını göstərir.

Ən böyük risk faktorları arasında qırmızı və emal olunmuş ətlərin (kolbasa, sosis və s.) yüksək miqdarda qəbulu, şəkərli içkilərin tez-tez istehlakı qeyd olunur. Dünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri “1-ci qrup kanserogen”, qırmızı əti isə “2A qrup – ehtimal olunan kanserogen” kimi qiymətləndirir. Xüsusilə yüksək temperaturda bişirilmiş ətlərdə yaranan zərərli maddələr və emal olunmuş ətlərdəki nitrat-nitrit tərkibli birləşmələr bağırsaqda kanserogen təsir göstərən maddələrə çevrilə bilər.

Şəkərli qidalar və içkilər isə yalnız artıq çəkiyə deyil, eyni zamanda insulin dirənci, xroniki iltihab və bağırsaq mikroflorasının pozulmasına səbəb olaraq xərçəng riskini artırır. 2024-cü ildə yayımlanan bir araşdırmada, şəkərli içkilərin yüksək istehlakının bədən çəkisindən asılı olmayaraq bağırsaq xərçəngi riskini artırdığı sübut edilib.

Bağırsaq xərçənginin yaranmasında yalnız genetik meyllik deyil, həm də həyat tərzi mühüm rol oynayır. Oturaq həyat tərzi, qarın piylənməsi, lifsiz qidalanma, alkoqol və siqaret istifadəsi, qeyri-müntəzəm yemək rejimi xəstəliyin erkən və daha aqressiv inkişafına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, gənclərdə xərçəng daha tez irəliləyir və çox vaxt sol kolon və ya düz bağırsaqda yerləşir. Ailə anamnezində xəstəlik olmasa belə, DNT təmir mexanizmlərindəki pozuntular daha çox rast gəlinir.

Bundan əlavə, 45 yaşdan aşağı şəxslərdə bağırsaq xərçənginə qarşı rutin skrininqlərin aparılmaması diaqnozun gec qoyulmasına və xəstəliyin gecikmiş mərhələdə aşkarlanmasına səbəb olur. Bu da müalicə imkanlarını məhdudlaşdırır və sağ qalma ehtimalını azaldır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər