Blogger və həkimlərin qurbanı qadınlar

Blogger və həkimlərin qurbanı qadınlar
09.04.2026 12:11

Sosial şəbəkələr müasir həyatın rol modelinə çevrilib. "Instagram", "TikTok" və "YouTube"da minlərlə izləyicisi olan bloggerlər, influnserlər mükəmməl bədən formaları, simmetrik üz xüsusiyyətləri və “ideal” görünüşləri ilə insanlara "nümunə" olurlar.

Qadınlar bloggerlərə baxır, "mən də belə olmalıyam" düşüncəsi ilə bıçaq altına yatırlar. Təəccüblü deyil ki, şəhərdə çoxluq bir-birinə bənzəyir. Amma bu "gözəllik yolu" çox vaxt faciə ilə bitir - uğursuz əməliyyatlar, ağır fəsadlar və ya ölüm.

Sosial təzyiq və "ideal" axtarışı

Bloggerlər filtrlərlə, fotoşopla və ya estetik müdaxilələrlə yaradılan “mükəmməl” görüntüləri paylaşırlar. Qadınlar, xüsusilə gənc qızlar, bu görüntülərə baxıb özlərini qeyri-kafi hiss edirlər. Burun düzəltmə, dodaq böyütmə, liposaksiya, bədən şəkilləndirmə, sinə əməliyyatı kimi prosedurlar "asanlıqla" reklam olunur. Klinikalar sosial şəbəkələrdə sponsorluq edir, "əvvəl-sonra" fotoları paylaşır. Nəticədə qadınlar sağlamlıq risklərini düşünmədən, bəzən ucuz qiymətə və ya "məşhur həkim"ə etibar edərək əməliyyata razılaşırlar. Lakin reallıq fərqlidir.

Əməliyyat qurbanları

Azərbaycanda estetik və plastik əməliyyatların qurbanları haqqında rəsmi statistika Səhiyyə Nazirliyi və ya Dövlət Statistika Komitəsi tərəfindən açıq şəkildə dərc olunmasa da, mediada tez-tez belə xəbərlərlə rastlaşırıq. Ölüm halları ümumi "cərrahi fəsadlar" və ya “anesteziya ağırlaşmaları” kateqoriyasında qeydə alınır. Ölümlərin sayı ildən-ilə artır və bəzi ekspertlərə görə, bu sahədə Azərbaycan "dünya rekordu" qırır.

Bəzi nümunələrə diqqət çəkək:

Yanvar, 2025: 30 yaşlı Nəzrin Mansurova burun əməliyyatı zamanı komaya düşüb və vəfat edib. Cinayət işi açılıb.

Avqust, 2023: Gəncə sakini 17 yaşlı Aygül Orucova burun əməliyyatından sonra narkozdan ayılmayıb.

İyun, 2023: “MedEra” hospitalında bədən şəkilləndirmə əməliyyatı keçirən Aygün trombozdan vəfat edib (cərrah Günel Bayramlı).

May, 2021: Arzu Süleymanova “Azər-Türk Med” klinikasında plastik əməliyyatdan sonra komaya düşüb və Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

İyun, 2019: 22 yaşlı Leyla Oruclu (“Zəfəran Hospital”, cərrah Siruz Qoçxani) liposaksiyadan 2 gün sonra vəfat edib.

Bu siyahı tam deyil. Bir çox hadisə medianın diqqətindən kənarda qalır. Bəzi həkimlər rezidentura keçmədən və ya kifayət qədər təcrübəsiz əməliyyat aparırlar.

Qeyd edək ki, 2025-ci ilə olan məlumata görə, Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətə icazəsi olan cəmi 45 həkim var.

Gözəllik həyatdan bahadır

Bloggerlər və bəzi həkimlər “gözəllik” satır, amma qurbanlar qadınlardır. Uğursuz əməliyyatlar nəinki görünüşü korlayır, həm də həyatı bitirir. Bu məsələdə yalnız fərdi məsuliyyət yetərli deyil, Səhiyyə Nazirliyi, klinikalar və media daha sərt nəzarət və maarifləndirmə aparmalıdır.

Qadınlara müraciət

Əməliyyatdan əvvəl sağlamlıq yoxlanışı keçirin, yalnız Səhiyyə Nazirliyinin icazəli siyahısındakı həkimlərə müraciət edin, riskləri dərindən öyrənin. Gözəllik müvəqqətidir, həyat isə əvəzsizdir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Bütün Xəbərlər