95 yaşlı pasiyent üzərində mürəkkəb cərrahi əməliyyat keçirildi

95 yaşlı pasiyent üzərində mürəkkəb cərrahi əməliyyat keçirildi
04.09.2025 10:58

Respublika Klinik Xəstəxanasında 1930-cu il təvəllüdlü qadın pasiyent üzərində riskli əməliyyat icra olunub. Tibb müəssisəsinə sol bud sümüyünün sınığı səbəbilə müraciət edən 95 yaşlı Savat Quliyevada ürək problemləri, böyrək funksiyasının pozulması (kreatinin yüksəkliyi), bağırsaq problemləri, qanaxma meyilliliyi və s. yan xəstəliklər aşkarlanıb. 

Bu barədə TodayPress TV-yə KTM-dən məlumat verilib.

İlkin müraciətdə zəruri tibbi xidmətlər göstərilən şəxsə sol bud sümüyünün burmalardan keçən sınığı diaqnozu təyin edilib, xəstəxananın Travmatologiya və ortopediya şöbəsinə yerləşdirilib. 

Səhhətində olan yanaşı xəstəliklərə görə bır sıra tibb müəssisələrində cərrahi əməliyyatına imtina verilən 95 yaşlı şəxsin sağlamlıq vəziyyəti bir daha nəzərdən keçirilib. Bir neçə həkim - kardioloq, anestezioloq-reanimatoloq və travmatoloq tərəfindən həyata keçirilən konsiliumdan sonra riskli əməliyyatın icrasına qərar verilib, cərrahi müdaxilə uğurla başa çatıb.

Pasiyent üzərində sol bud sümüyünün osteosintezi əməliyyatı həkim-travmatoloq-ortoped Pərvin Hüseynovun rəhbərliyi, həkim-anestezioloq-reanimatoloq Fatma Əhmədova, assistent Cavid İlyaszadənin iştirakı ilə icra olunub.  

Uğurlu baş tutan əməliyyatdan sonra pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilib və vəziyyəti stabil qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər