Zakir Həsənov: "Sülh sazişinin paraflanması müharibəyə son qoyulması istiqamətində mühüm addımdır"

Zakir Həsənov: "Sülh sazişinin paraflanması müharibəyə son qoyulması istiqamətində mühüm addımdır"
09.10.2025 20:30 Xarici siyasət

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin birgə bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması 30 ildən artıqdır ki, davam edən müharibəyə son qoyulması istiqamətində mühüm addımdır.

TodayPress TV ”Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan müdafiə naziri Zakir Həsənov Ankarada türkiyəli həmkarı Yaşar Gülər və gürcüstanlı həmkarı İrakli Çikovani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu tarixi hadisə Cənubi Qafqazda və daha geniş coğrafiyada yeni əməkdaşlıq imkanları açıb: "Beynəlxalq terrorizm, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, kiberhücumlar və iqlim dəyişikliyi kimi yeni yaranan təhlükələr ölkələrin əməkdaşlıq etmələrini və effektiv həll yolları hazırlamasını tələb edir. Üç ölkənin Müdafiə Nazirlikləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindəyik".

Nazir, həmçinin regionun sülh, sabitlik və təhlükəsizliyinə qarşı ortaq mübarizənin əhəmiyyətinə diqqət çəkib.

Z.Həsənov, həmçinin belə görüşlərin artıq ənənəyə çevrildiyini söyləyib: "Üç ölkə lideri arasındakı sıx əlaqələr və müntəzəm təmaslar ölkələr arasında münasibətlərin daha da inkişafını sürətləndirib".

O, həmçinin qeyd edib ki, üçtərəfli görüşdə regionda sülh, sabitlik və təhlükəsizliyə təhdidlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər