XİN: Azərbaycanın Ümumdünya Poçt İttiffaqının iki qurumuna üzv seçilməsi növbəti diplomatik uğurdur

XİN: Azərbaycanın Ümumdünya Poçt İttiffaqının iki qurumuna üzv seçilməsi növbəti diplomatik uğurdur
19.09.2025 15:07 Xarici siyasət

Azərbaycanın Ümumdünya Poçt İttiffaqının İnzibati və Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüklərinə seçilməsi növbəti diplomatik uğurdur.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə mətbuat məlumatında qeyd olunub.

Bildirilib ki, sentyabrın 18-də Ümumdünya Poçt İttifaqının Konqresinin 28-ci sessiyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş seçkilərdə Azərbaycan təşkilatın İnzibati Şurasının və Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüklərinə seçilib.

Qeyd olunub ki, seçkilər yüksək rəqabət şəraitində baş tutub. Təşkilatın İnzibati Şurasının 2026-2029-cu illər üzrə üzvlüyünə seçkilərdə 5 vakant yer uğrunda Azərbaycanla birgə 9 namizəd ölkə mübarizə aparıb. Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüyünə seçkilərdə 6 vakant yer üzrə ümumilikdə 10 namizəd ölkə arasında seçim edilib. Azərbaycan Respublikası səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini təmin edərək Ümumdünya Poçt İttiffaqının hər iki strukturuna üzv seçilib.

"Poçt İttifaqının qeyd edilən strukturlarında təmsil olunmaq ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı beynəlxalq müstəvidə poçt siyasətinin formalaşdırılmasına təsir etmə, müasir poçt innovasiyalarına çıxış, qabiliyyət quruculuğu və texniki dəstək kimi sahələrdə qərarvermədə iştirak kimi əhəmiyyətli imkanlar yaradır", - məlumatda vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər