UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatdı

UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatdı
29.07.2025 16:08 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkədə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, görüşdə Azərbaycan və BMT, o cümlədən UNICEF arasında mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanda, o cümlədən digər ölkələrdə həyata keçirilən birgə təşəbbüs və layihələrdən bəhs olunub.

Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Azərbaycanın BMT-nin, habelə UNICEF-in fəaliyyətində aktiv iştirakı qeyd olunub. Xüsusilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə sərgilənən nümunəvi birgə əməkdaşlığın bundan sonra da, o cümlədən növbəti il Azərbaycanın ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanda uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində həyata keçirilən birgə layihələrlə yanaşı, Azərbaycanın donor qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Ceyhun Bayramov, həmçinin müqabil tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq fəaliyyəti, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma səyləri barədə ətraflı məlumatlandırıb, Azərbaycan vətəndaşlarının öz torpaqlarına ləyaqətli qayıdışının təmin olunması istiqamətində görülən işlərdən geniş şəkildə bəhs edib.

Saja Farooq Abdullah Azərbaycanda fəaliyyəti müddətində uşaqların həyat, sağlamlıq və rifah indikatorlarının yüksəldiyini məmnunluqla qeyd edib, bu istiqamətdə ölkəmizin aidiyyəti dövlət qurumları ilə faydalı əməkdaşlığın rolunu vurğulayıb.

Qarşı tərəf UNICEF-in nümayəndəsi qismində Azərbaycanda çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-UNICEF əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi istiqamətində arzularını çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

FOTOLAR

UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatdı — 1
UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatdı — 2
XƏBƏR LENTİ
09 AVQUST 2026
"Milan" Leandro Paredesə rəsmi təklif göndərdi! 15:32 Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR 15:26 Husilər Moxa limanını raket ATƏŞİNƏ TUTDU! 15:04 Azərbaycanın basketbolçu qızları Norveçə ŞANS VERMƏDİ 14:20 Çingiz Əlioğlu vəfat etdi 14:16 "Hazırda danışıqlar aparmırıq" - Əraqçi 13:53 BTQ Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı paylaşım edib 13:26 Sumqayıtda yaşayış binasında YANĞIN: 6 sakin təxliyə olundu 12:53 Sabah Bakıda hava necə olacaq? 12:50 Müctəba Xamenei aylar sonra ÜZƏ ÇIXDI -VİDEO 12:31 Tehrandakı alışqan zavodunda YANĞIN – VİDEO 12:00 Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki 12:06 Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi 12:03 Matteo Ruceri "Atletiko"dan AYRILIR? – 20 milyon avroluq transferin detalları 11:33 Azərbaycan səfiri Naqasaki qubernatoru ilə görüşdü 10:59 Keçmiş ABŞ Prezidentinin vəziyyəti AĞIRLAŞDI 10:39 Vens Modi ilə telefon danışığı apardı - Nələr müzakirə olundu? 10:31 Odessada yaşayış binaları alova büründü - VİDEO 09:58 Xarkovda yaşayış binası HƏDƏF ALINDI - Ölənlər var 09:31 Voleybol millimiz Avropa çempionatı öncəsi Latviyanı iki dəfə məğlub etdi 09:35 Finlandiya Ukraynaya "Patriot" verməkdən İMTİNA ETDİ: "Milli maraqlara ziddir" 09:24 "Nüvə silahı və insan bir araya sığmır" - Nobel mükafatçısından Yaponiyaya ÇAĞIRIŞ 08:55 Yastıqsız yatmaq TƏHLÜKƏLİDİR? – Nevroloqdan xəbərdarlıq 21:26 Körpəsinə verdiyi ada görə HƏBS EDİLDİ 01:31 Çinin süni intellekt modeli nəzarətdən ÇIXDI 01:52 Bütün Xəbərlər