Türk dövlətlərinin Almaniyadakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə etdilər

Türk dövlətlərinin Almaniyadakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə etdilər
25.10.2025 01:23 Xarici siyasət

Azərbaycanın Almaniyadakı səfirliyinin dəvəti ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Almaniyadakı səfirlərinin toplantısı keçirilib.

TodayPress TV xəbər verir ki, toplantı Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə müəyyən edilmiş hədəflərin həyata keçirilməsi istiqamətində səfirliklər arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

Görüşdə həmçinin ortaq türk tarixi və mədəni irsinin Almaniyada təbliği istiqamətində nəzərdə tutulan tədbirlər, mədəniyyət və incəsənət sahələrində birgə fəaliyyət və layihələr, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Türk dünyasının hazırda inkişaf və birlik baxımından yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, türk dövlətləri arasında müxtəlif sahələrdə yaranan səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək münasibətlərin daha da möhkəmlənməsinə və qardaş xalqlar arasında birliyin güclənməsinə səbəb olur.

Ortaq türk irsinin, tarixinin və mədəni dəyərlərinin beynəlxalq miqyasda, xüsusən də Almaniyada geniş tanıdılmasının əhəmiyyəti vurğulanaraq, bu məqsədlə birgə addımların atılmasının önəmi vurğulanıb.

Sonda səfirlər ötən həftə Berlində açılan "MAMA - Ana Təbiət" sərgisi ilə tanış olublar. Məlumat verilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə, canlı, qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim edir. MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən 50-dən çox sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər