Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü

Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü
19.09.2025 18:06 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya səfəri çərçivəsində sentyabrın 19-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin olduğu qeyd edilib.

Milli Məclisin sədri səfər çərçivəsində keçirilən tədbirlər və görüşlər barədə məlumat verərək, bu kimi təmasların ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Kuala Lumpur şəhərinin meri Azərbaycana səfərlərini, Prezident İlham Əliyevlə görüşlərini xatırladaraq, ölkəmiz və paytaxt Bakının inkişafı ilə bağlı müsbət təəssüratlarını bölüşüb. O, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru kimi Ağdam və Zəngilanda milli şəhərsalma forumlarının keçirilməsini qeyd edib. Maimuna Mohd Şərif Ağdam, Zəngilan, Fizulidə qısa müddət ərzində görülən işləri, həyata keçirilən infrastruktur layihələrini çox yüksək qiymətləndirib. 

Söhbət zamanı Bakı və Kuala Lumpur arasında gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü — 1
Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü — 2
Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü — 3
Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü — 4
Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü — 5
Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü — 6
Sahibə Qafarova Maimuna Mohd Şərif ilə görüşdü — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər