Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdü

Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdü
20.06.2025 14:50 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə spiker bildirib ki, dostluq və qardaşlıq ənənələrinə söykənən əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlər mühüm rol oynayır.

Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla vurğulanıb. Qeyd edilib ki, hər iki ölkə regionda həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrində uğurla əməkdaşlıq edirlər.

Azərbaycan və Gürcüstan parlamentlərarası münasibətlərindən danışan spiker Sahibə Qafarova deyib ki, qanunvericilik orqanları arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətləri beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.

Görüşdə ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafının əhəmiyyəti qeyd olunub. İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatının önəmindən danışılıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə danışan spiker Sahibə Qafarova Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumat verib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb, ölkələr arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətindən danışıb.

Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı regionda təhlükəsizliyi, sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına xidmət edir.

Şota Berekaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, komitələr arasındakı işbirliyinin daha da artırılmasının, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd edib, parlamentlərin arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

FOTOLAR

Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdü — 1
Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdü — 2
Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdü — 3
Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdü — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər