Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü

Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü
29.07.2025 18:07 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə işgüzar səfəri çərçivəsində Cenevrə şəhərində Braziliya Deputatlar Palatasının sədri Huqo Motta ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə ölkələr arasında coğrafi uzaqlığa baxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrin daha da genişləndirilməsi üçün imkanların mövcudluğu qeyd edilib.

2023-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğu qeyd edilərək vurğulanıb ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr fonunda parlamentlərimiz arasında da yaxşı münasibətlər var.

Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühüm beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Hər iki ölkənin parlament dostluq qrupları arasında sıx təmasların mövcud olmasından məmnunluq ifadə olunaraq, qeyd edilib ki, bu təmaslar parlamentlər arasında əməkdaşlığın genişlənməsinə imkan verir. Keçirilən görüşlərin və siyasi dialoqun parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyi vurğulanıb. Müasir dünyada mövcud olan çağırışlara qarşı birgə mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha qeyd edilib.

Görüşdə COP30-un Braziliyada keçiriləcəyi xatırladılaraq, ötən il Azərbaycanın COP29-a uğurla evsahibliyi etdiyi vurğulanıb. Qeyd olunub ki, bu mühüm qlobal tədbir çərçivəsində ölkəmizə səfər etmiş Braziliya nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının qonaqpərvərliyindən, bu tədbirin ən yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildiriblər. COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkil etdiyi Parlament görüşünün uğurla baş tutduğu qeyd edilərək, Braziliyada COP30 çərçivəsində keçiriləcək Parlament konfransının təşkili ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları barədə də danışılıb.

FOTOLAR

Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü — 1
Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü — 2
Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü — 3
Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü — 4
Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü — 5
Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər