Şahbaz Şərif İlham Əliyevi təbrik etdi

Şahbaz Şərif İlham Əliyevi təbrik etdi
26.05.2025 20:14 Xarici siyasət

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

TodayPress Tv  xəbər verir ki, təbrikdə deyilir:

"Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Pakistan Azərbaycanla bütün vacib məsələlərdə qarşılıqlı etimada, nümunəvi səmimi münasibətlərə və bir-birinə qətiyyətli dəstəyə əsaslanan tarixən çox gözəl qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Məmnunluqla bildirmək istərdim ki, Sizin müstəsna liderliyiniz və güclü dəstəyiniz sayəsində dostluq münasibətlərimiz müsbət istiqamətdə inkişaf edir və biz onları daha geniş qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa çevirmək üçün birlikdə işləyirik.

Hindistanla yaşanan son böhran zamanı Pakistana davamlı dəstəyinizə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Pakistanla davamlı həmrəylik nümayiş etdirdiklərinə görə azərbaycanlı qardaşlarımıza da təşəkkür edirik. Həqiqətən əsl qardaşlar olaraq, xüsusilə də talelərimiz bir-birinə oxşar olduğu üçün qəlblərimiz həmişə bir döyünür. Mən yaxın günlərdə gözəl ölkənizə səfər edəcəyimi səbirsizliklə gözləyirəm.


Gözəl Bakı şəhərinə 2025-ci ilin fevralında səfərim zamanı ən səmimi və məhsuldar müzakirələrimizi böyük məmnunluqla xatırlayıram. Zati-alinizin Pakistan-Azərbaycan münasibətlərini daha da möhkəmləndirmək istiqamətində yenilməz qətiyyətini yüksək qiymətləndirirəm.

Əminəm ki, yüksək səviyyəli əməkdaşlıq dinamikası tezliklə qarşılıqlı maraq kəsb edən bütün sahələrdə nəzərəçarpacaq nəticələrin əldə olunmasına təkan verəcək, İnşallah! Mən ən qısa zamanda Sizi münasib vaxtda Pakistanda qarşılamağı səbirsizliklə gözləyirəm.

Zati-alinizə cansağlığı, uğurlar və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XƏBƏR LENTİ
31 IYUL 2026
Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 Bütün Xəbərlər