QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2

QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2
07.10.2025 12:44 Xarici siyasət

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında gündəlik məsələlər müzakirə olunub və bəzi qərarlar qəbul edilib.

TodayPress TV xəbər verir ki, iclasın əvvəlində gündəlik təsdiqlənib.

Daha sonra 2025-ci il mayın 14-15-də Türkiyənin Sinop şəhərində keçirilmiş 64-cü Komitə iclasının, eləcə də iyunun 17-də Bakıda təşkil olunmuş əlavə iclasın protokol layihələri təqdim edilərək qəbul olunub.

Günün əsas müzakirə mövzusu “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” olub.

Mövzu üzrə hesabat layihəsini Azərbaycan nümayəndə heyətinin üzvü Səbinə Salmanova təqdim edib. Məruzəçi hesabatda süni intellekt texnologiyalarının sosial rifahın yüksəldilməsində, təhsil və məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu vurğulayıb. Qeyd edib ki, müasir dövrdə süni intellekt insan həyatının ayrılmaz hissəsinə çevrilib. O, cəmiyyətin demək olar ki, bütün sahələrinə - təhsildən səhiyyəyə, iqtisadiyyatdan kənd təsərrüfatına qədər təsir göstərir. Bununla yanaşı, süni intellektin imkanlarından ucqar kəndlərdə yaşayan insanların da faydalana bilməsi vacibdir.

Komitə üzvləri hesabat ətrafında geniş fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, süni intellektdən düzgün və səmərəli istifadə olduqca vacibdir. Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının müxtəlif sahələrdə tətbiqi, onun cəmiyyətə və iqtisadiyyata təsirləri, həmçinin etik və hüquqi aspektləri barədə fikirlərini bölüşüblər. Bundan əlavə, ucqar bölgələrdə yaşayan insanlar üçün süni intellekt imkanlarının əlçatanlığının artırılması yolları və texnologiyanın sürətli inkişafı ilə əlaqədar potensial riskləri, etik və hüquqi məsələləri, həmçinin insan həyatına və iş bazarına təsirləri müzakirə edilib.

Müzakirələrin yekununda hesabat qəbul edilib və Milli Məclisin deputatı Səbinə Salmanova 66-cı Baş Assambleyada məruzəçi təyin olunub.

TodayPress TV

***

12:27

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında tövsiyə qərar layihəsi müzakirə olunub.

TodayPress TV xəbər verir ki, qərar layihəsini QDİƏT PA-nın Sosial və Humanitar siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev təqdim edib.

Müzakirələrdən sonra tövsiyə qərarı qəbul olunub.

Sonra Qara dəniz ölkələrinin qurumdakı fəaliyyəti haqqında məlumatlar verilib.

TodayPress TV

***

10:17

Oktyabrın 7-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası işə başlayıb.

TodayPress TV xəbər verir ki, iclasda Azərbaycanın və bir neçə ölkənin parlament nümayəndələri iştirak edirlər.

FOTOLAR

QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2 — 1
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2 — 2
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2 — 3
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2 — 4
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2 — 5
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2 — 6
QDİƏT PA-nın 65-ci iclasında süni intellektin sosial-iqtisadi inkişafda rolu müzakirə olundu - YENİLƏNDİ 2 — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər