Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik etdi

Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik etdi
10.08.2025 15:48 Xarici siyasət

Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

TodayPress TV xəbər verir ki, Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmuş razılaşmalar münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib. Kasım-Jomart Tokayev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını qeyd edərək, onların regionda hərtərəfli əməkdaşlıq üçün imkan yaradacağına ümidvarlığını bildirib.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkür edərək, Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda göstərdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də deyib.

Dövlətimizin başçısı Qazaxıstanın ötən ilin mayında sülh danışıqları çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında aparılan danışıqlara ev sahibliyi etməsinə və bu prosesə töhfəsinə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər