Qara dəniz regionunda süni intellektin rolu müzakirə edildi

Qara dəniz regionunda süni intellektin rolu müzakirə edildi
24.10.2025 23:00 Xarici siyasət

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komitəsinin 66-cı sessiyası Borjomi şəhərində baş tutub.

TodayPress TV xəbər verir ki, Azərbaycanın da təmsil olunduğu iclasın əsas mövzusu Qara dəniz regionunda dayanıqlı sosial-iqtisadi inkişafda süni intellektin rolu olub.

Sessiyada Parlament Assambleyasına üzv ölkələrin qanunvericiləri süni intellektin tətbiqi ilə bağlı hüquqi məsələləri və mövcud təcrübələri müzakirə ediblər.

Gürcüstanın nümayəndəsi İrakli Mezurnişvili bildirib ki, süni intellekt regional əlaqələri gücləndirə, dayanıqlı resurs idarəsini və innovasiyaya əsaslanan artımı təkmilləşdirə bilər. O, həmçinin Gürcüstanın milli süni intellekt strategiyasının hazırlanmaqda olduğunu və yeni texnologiyaların insanlara xidmət etməsini əsas məqsəd kimi müəyyən etdiyini vurğulayıb.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili isə süni intellektin iqtisadi artım və məlumat infrastrukturu sahəsində önəmini qeyd edib, Gürcüstanın əlverişli enerji və iqlim resurslarının bu transformasiyada mühüm rol oynadığını bildirib.

İclasda Gürcüstan, Yunanıstan, Rumıniya, Türkiyə, Bolqarıstan və Azərbaycanın parlament üzvləri yekun qətnamənin hazırlanması üçün tövsiyə layihələrini müzakirə edib və komitənin növbəti iclasının keçirilməsi ilə bağlı qərarlar qəbul olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər