Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak etdilər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak etdilər
24.09.2025 16:35 Xarici siyasət

Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dedi: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz.

Prezident İlham Əliyev: Daha da çox.

Prezident Donald Tramp: Bundan da çox?

Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab Prezident. Təşəkkür edirəm.

Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər.

Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə yoxdur?

Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu.

Prezident Donald Tramp: Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız.

Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.

Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta “Gələcəyi birlikdə qurmaq” adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak etdilər — 1
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak etdilər — 2
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak etdilər — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bütün Xəbərlər