Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18.08.2025 16:50 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı bildirdi ki, azərbaycanəsilli diplomatın Slovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiya tərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin mövcud olduğu vurğulandı, enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, bu xüsusda Slovakiyanın Avropa İttifaqının üzv dövləti kimi bu əlaqələrin inkişafına göstərdiyi dəstək vurğulandı. Həmçinin Slovakiyanın ölkəmizdə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirdiyi qeyd olunaraq, bu ölkənin Azərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyi bildirildi.

Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxundu, bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeni perspektivlər açdığını qeyd etdi.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir öz növbəsində Azərbaycanla Slovakiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Slovakiya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin dövlətimizin başçısının Slovakiyaya rəsmi səfərə dəvət olunduğunu bir daha qeyd etdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiya Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Dövlətimizin başçısı Slovakiyaya səfərə dəvəti məmnunluqla qəbul etdiyini bildirdi.

Elçin Qasımov avqustun 8-də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin Qarabağda aparılan bərpa və quruculuq işlərində Slovakiya şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıldı.

FOTOLAR

Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 1
Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 2
Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 3
Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 4
Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 5
Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi — 6
XƏBƏR LENTİ
31 IYUL 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bütün Xəbərlər