Prezident İlham Əliyev İtaliya dövlət başçısını təbrik etdi

Prezident İlham Əliyev İtaliya dövlət başçısını təbrik etdi
02.06.2025 11:10 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın milli bayramı münasibətilə həmkarı Sercio Mattarellaya təbrik məktubu göndərib. 

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı 2 İyun – Respublika Günü münasibətilə Prezident Sercio Mattarellanı və onun simasında dost İtaliya xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb. 

Məktubda, həmçinin deyilir: “Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir.

Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır. 

Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır.

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. 

Enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir. 

Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. 

Mən ölkələrimiz arasında artan siyasi dialoqu yüksək qiymətləndirirəm. Bu gün biz qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-İtaliya əlaqələrini daha da dərinləşdirmək əzmindəyik. 

Əminəm ki, ölkələrimiz arasında dostluğun və çoxölçülü strateji tərəfdaşlığın möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

XƏBƏR LENTİ
17 IYUN 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Bütün Xəbərlər