Prezident İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı
10.07.2025 11:26 Xarici siyasət

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciəti Baş nazir Əli Əsədov oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli sessiya iştirakçıları!

Sizi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş bu yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq duyuruq.

Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

Hazırkı sessiya bəşəriyyət üçün həlledici bir məqama – təbii və texnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarının dərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyi və mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxta təsadüf edir.

Bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və bu sahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədə ixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olaraq Beynəlxalq Mülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatı milli strukturların gücləndirilməsinə dəstək göstərir, müxtəlif inkişaf səviyyəsinə və resurslara malik ölkələr arasında təcrübə və bilik mübadiləsini asanlaşdırır, mülki müdafiə xidmətləri arasında həmrəylik və tərəfdaşlıq ruhunu möhkəmləndirir.

Bu gün burada böhranlara və fəlakətlərə qarşı mübarizənin ön cərgəsində duran, həyatını cəmiyyətə xidmətə həsr etmiş, müxtəlif ölkələri təmsil edən peşəkarlar və mütəxəssislər toplaşıblar.

Mən qlobal mülki müdafiə, o cümlədən fövqəladə hallara hazırlıq, fəlakətlərə reaksiya sahəsində dost ölkələrin aidiyyəti orqanları arasında dinamik surətdə inkişaf edən tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm.

Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmiz insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak edir.

Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumu bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Bu gün mülki müdafiə mexanizmlərinin inkişafı üçün universal platforma olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının beynəlxalq arenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzv dövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinin təmin edilməsi strateji əhəmiyyət daşıyır.

Müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü Beynəlxalq Mülki Müdafiə Təşkilatının olması olduqca labüddür.

Məhz bu kontekstdə, sessiya zamanı keçiriləcək Baş katib vəzifəsinə seçkilər təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasında həlledici mərhələ olacaqdır.

Seçkiyə təqdim olunan namizədlər arasında Azərbaycan Respublikasının nümayəndəsi də yer almaqdadır.

İnanıram ki, ölkəmizi təmsil edən nümayəndə Baş katib seçiləcəyi təqdirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəaliyyətində səmərəliliyin artırılması, şəffaflığın təmin olunması və hesabatlı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşların tam etimad bəslədiyi, çevik və effektiv bir təşkilati modelin formalaşdırılması istiqamətində ardıcıl və prinsipial səylər göstərəcəkdir.

Əminəm ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası beynəlxalq mülki müdafiə sisteminin daha da möhkəmlənməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, tədbirin işinə uğurlar arzulayıram.”

Qeyd edək ki, iyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb.

FOTOLAR

Prezident İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı — 1
Prezident İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı — 2
Prezident İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı — 3
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər