Pezeşkian Putinə İranın Azərbaycana hücum etmədiyini dedi

Pezeşkian Putinə İranın Azərbaycana hücum etmədiyini dedi
07.03.2026 10:06 Xarici siyasət

"İran Azərbaycana hücum etməyib.  Bu  xəbərlər şayiə və iki ölkə arasında münasibətləri pozmağa yönəlmiş “düşmənlərin planı”dır."

TodayPress TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Rusiyanın dövlət başçısı Vladimir Putin ilə telefon danışığı zamanı bildirib. 

Pezeşkian qeyd edib ki, İran İslam Respublikası heç vaxt qonşu dövlətlərə hücum etmək niyyətində olmayıb və olmayacaq. Onun sözlərinə görə, ölkəsinin siyasəti ərazi bütövlüyünün qorunmasına və davamlı sülhün təmin edilməsinə əsaslanır.

İran prezidenti əlavə edib ki, Tehran raket və pilotsuz uçuş aparatları ilə bağlı vəziyyətə dair Yaxın Şərq ölkələri ilə də təmaslar aparır. O, Putinə bildirib ki, qonşu dövlətlərlə görüşlərdə ABŞ hərbi bazalarına endirilən zərbələrin ölkənin və xalqın müdafiəsinə yönəlmiş tədbirlər olduğu izah edilib.

Pezeşkian, həmçinin qeyd edib ki, Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəblərindən biri regionda xarici qüvvələrin mövcudluğudur.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər