Ombudsman Qətərdə beynəlxalq konfransda iştirak etdi

Ombudsman Qətərdə beynəlxalq konfransda iştirak etdi
29.05.2025 14:26 Xarici siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qətər Dövlətində keçirilmiş “Süni intellekt və insan hüquqları: imkanlar, risklər və daha yaxşı gələcəyə baxış” mövzusunda konfransda iştirak edib.

TodayPress TV xəbər verir ki, müxtəlif beynəlxalq təşkilatların, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, süni intellekt üzrə ekspertlərin və dünyanın aparıcı universitetlərinin hüquqşünas alimlərinin də iştirak etdiyi tədbirdə Ombudsman rəqəmsal idarəetmənin inkişafı və süni intellektin tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib, cari ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyini diqqətə çatdırıb.

Ombudsman fəaliyyətində süni intellekt konsepsiyasının tətbiqi imkanlarının nəzərdən keçirildiyini vurğulayıb, bu konsepsiyanın şikayətlərin ilkin emalında, sadə qərarların qəbulu prosesində, şikayətlər üzrə sistemli problemlərin müəyyən olunması məqsədilə təhlillərin aparılmasında və Çağrı Mərkəzinin fəaliyyətində effektivliyin artırılmasında əhəmiyyətli dərəcədə faydalı ola biləcəyini qeyd edib.

Müvəkkil süni intellektin insan hüquqlarına təsirini nəzərə alaraq beynəlxalq səviyyədə tənzimləmə metodlarının işlənib hazırlanmasının, həmin sənəddə milli insan hüquqları təsisatlarının rolunun, xüsusən də monitorinq, maarifləndirmə və qanunvericiliyin təkmilləşdirilməsi sahələrində funksiyalarının müəyyən edilməsinin vacibliyini diqqətə çatdırıb.

Bildirib ki, süni intellekt konsepsiyasına keçid insan hüquq və azadlıqlarının təmini və texnoloji tərəqqinin insan hüquqlarına mənfi təsirlərinin minimuma endirilməsi ilə şərtlənməli, bu sahədə normativ baza və texnoloji imkanlar bir-birini tamamlamalıdır.

Ombudsman Səbinə Əliyeva, həmçinin konfrans çərçivəsində Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah əl Attiyah, Avropa Ombudsman İnstitutunun prezidenti Draqan Milkov, Misir Ərəb Respublikasının Milli İnsan Hüquqları Şurasının prezidenti Muşira Xəttab, Bolqarıstanın milli insan hüquqları institutlarının nümayəndələri və Qətərin bəzi dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirib, konfransın mövzusu üzrə, eləcə də ümumilikdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan çağırışlar və gələcək əməkdaşlığın perspektivləri istiqamətində qarşılıqlı fikir mübadilələri aparıb.

FOTOLAR

Ombudsman Qətərdə beynəlxalq konfransda iştirak etdi — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Bütün Xəbərlər