Ombudsman Almaniyanın Federal Müvəkkili ilə görüşdü

Ombudsman Almaniyanın Federal Müvəkkili ilə görüşdü
25.06.2025 17:01 Xarici siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasında bu ölkənin Federal Müvəkkili Lars Kastellucci ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev də iştirak edib.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Müvəkkil görüş zamanı insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, o cümlədən Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən fəaliyyət, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya əldə etmək, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülmüş işlər, Ombudsmanın mandatının genişləndirilməsi ilə bağlı Konstitusiya Qanununa edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat verib.

Ombudsman işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş mina terrorundan bəhs edərək, mövcud olan mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığını, minadan əziyyət çəkənlər arasında uşaq və qadınların olduğunu, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda həyata keçirilən quruculuq işlərinə maneə törətdiyini bildirib.

Müvəkkil dəfələrlə müraciət olunmasına baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə hələ də təqdim olunmadığını diqqətə çatdırıb.

Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın itkin düşdüyünü qeyd edən Səbinə Əliyeva itkin düşmüş şəxslərin taleyi barədə hələ də məlumat əldə olunmadığını qeyd edib.

Görüş əsnasında, həmçinin qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb, görüş ikitərəfli müzakirə şəklində davam etdirilib. Hər iki tərəf qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər