Nümayəndə heyətimiz Aİ-nin yüksək səviyyəli toplantısında iştirak etdi

Nümayəndə heyətimiz Aİ-nin yüksək səviyyəli toplantısında iştirak etdi
20.10.2025 23:40 Xarici siyasət

Lüksemburqda Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə "Regionlararası təhlükəsizlik və bağlantılar" mövzusunda xüsusi yüksək səviyyəli toplantı təşkil olunub.

Bu barədə TodayPress TV-yə  Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Toplantı çərçivəsində Qara dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq, həmçinin regionlararası bağlantılar gündəliyi üzrə sessiyalar keçirilib.

İclasın işində Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela, üzv ölkələrin xarici işlər nazirləri, eləcə də Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Toplantıda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Y.Rəfiyev müzakirə olunmuş məsələlərlə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, Azərbaycanın da daxil olduğu geniş Qara dəniz regionunun inkişaf potensialını ortaya çıxarmaq üçün bu bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyini, bu istiqamətdə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin əhəmiyyətini vurğulayıb.

Qara dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində Avropa İttifaqı üçün etibarlı tərəfdaş olması amili diqqətə çatdırılaraq, Azərbaycan və Aİ arasında bu istiqamətdə iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsinin mövcud potensialdan daha səmərəli istifadəyə imkan yaradacağı qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər