Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik etdi

Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik etdi
25.08.2025 22:43 Xarici siyasət

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Möhtərəm və əziz Mehriban xanım.

Qadın gözəlliyinin və siyasi yetkinliyin zirvəsində qeyd etdiyiniz doğum günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın tərəqqisinə, beynəlxalq mövqelərinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş yorulmaz fəaliyyətiniz ölkənizdə və onun hüdudlarından kənarda Sizə dərin hörmət qazandırıb.

Siz Azərbaycanın indiki əmin-amanlığı və ərazi bütövlüyünün bərpası üçün inanılmaz dərəcədə çoxlu iş görmüsünüz. Görkəmli siyasi xadim kimi Siz, eyni zamanda, yaxınlarınızın isindiyi ailə ocağının qayğıkeş qoruyucusunuz və bu, ən yüksək qiymətə layiqdir.

Fürsətdən istifadə edərək bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və ailənizin bütün üzvlərinə salamlarımı çatdırmağı Sizdən xahiş edirəm.

Sizə uzun və xoşbəxt illər arzulayıram".

XƏBƏR LENTİ
16 IYUN 2026
Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Bütün Xəbərlər