Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşdü

Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşdü
16.07.2026 17:23 Xarici siyasət

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq münasibətlərindən və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan bəhs edən parlamentin spikeri qeyd edib ki, ölkələrimizi ortaq dini-mənəvi və ailə dəyərləri, habelə xalqlarımız arasında mövcud olan dostluq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrin dərinləşməsində yüksək səviyyəli səfərlərin, eləcə də keçirilən görüşlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, Fələstin Baş nazirinin ölkəmizə cari səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Spiker Sahibə Qafarova Azərbaycanın Fələstin məsələsində prinsipial mövqe tutduğunu qeyd edərək, bu mövqeyin beynəlxalq təşkilatlar çərçivəsində də ardıcıl şəkildə izləndiyini vurğulayıb.

Söhbət zamanı 2023-cü ildə Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin inkişafında mühüm addım olduğu vurğulanıb.

Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan Sahibə Qafarova qeyd edib ki, Azərbaycan parlamenti Fələstin Milli Şurası ilə həm ikitərəfli formatda, həm də Parlamentlərarası İttifaq, İƏT Parlament İttifaqı (PUIC), Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Fələstin məsələsini daim diqqət mərkəzində saxlayır və bu məsələyə xüsusi həssaslıqla yanaşır.

Görüşdə Azərbaycanda fələstinli tələbələrin təhsil almasından məmnunluq ifadə edilərək, "Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı" proqramının onlara yaratdığı əlverişli imkanlar yüksək qiymətləndirilib.

Məhəmməd Mustafa Azərbaycan dövlətinə, xalqına və parlamentinə Fələstin məsələsində göstərilən ardıcıl siyasi, diplomatik, humanitar dəstəyə görə təşəkkür edib. Azərbaycan Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edən qonaq, ölkə rəhbərliyinin davamlı dəstəyinin Fələstin xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Baş nazir, həmçinin Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə töhfəsini yüksək qiymətləndirərək, ölkəsinin "iki dövlət" prinsipi əsasında ədalətli və davamlı sülhə sadiq olduğunu bildirib.

Məhəmməd Mustafa iki ölkə arasında kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Bu çərçivədə o, Azərbaycanın dəstəyi ilə Fələstində məktəb tikintisini və digər birgə layihələri xüsusi qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Yunan yoqurtu, yoxsa adi? Mütəxəssislər ən faydalısını açıqladı 01:25 Biləsuvarın bu küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ 23:25 Bu tarixlərdə doğulanlar maliyyədə daha şanslıdır 23:06 Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Etirazlar Zelenskini buna məcbur etdi - Gülləkeçirməz şüşə arxasına keçdi 22:20 İran geri addım atır? - ABŞ-dən İDDİA 22:04 UEFA Konfrans Liqası: “Zirə”“Torpedo”nu məğlub etdi - VİDEO 20:14 Bütün Xəbərlər