Leyla Əliyeva "MESOB" dövlət xidməti mərkəzində oldu

Leyla Əliyeva "MESOB" dövlət xidməti mərkəzində oldu
19.01.2026 12:34 Xarici siyasət

Efiopiyaya səfəri çərçivəsində Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.

TodayPress TV xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın Dövlət qulluğu üzrə federal komissarı (nazir) Mekuria Haile qarşılayıb.

Bildirilib ki, "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB", dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.

Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

COP29 çərçivəsində 2024-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilən görüş zamanı Efiopiya tərəfi ölkədə "ASAN xidmət" təcrübəsinin tətbiqinə maraq göstərib və bu istiqamətdə Azərbaycanın dəstəyini xahiş edib.

Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri Efiopiyanın dövlət qulluqçuları üçün təlimlər keçirib, Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədləri, həmçinin "ASAN xidmət" mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədlərini hazırlayıb, xidmətlərin vahid standartını müəyyən ediblər.

TodayPress TV

FOTOLAR

Leyla Əliyeva "MESOB" dövlət xidməti mərkəzində oldu — 1
Leyla Əliyeva "MESOB" dövlət xidməti mərkəzində oldu — 2
Leyla Əliyeva "MESOB" dövlət xidməti mərkəzində oldu — 3
Leyla Əliyeva "MESOB" dövlət xidməti mərkəzində oldu — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər