Kamran Əliyev Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul etdi

Kamran Əliyev Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul etdi
17.04.2026 13:21 Xarici siyasət

Azərbaycanla Türkiyə arasında prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlıq müzakirə olunub.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasının Sədri Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul edib.

Baş prokuror Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində dövlətlərin arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndiyini, mütəmadi görüşlər, sıx təmaslar və beynəlxalq tədbirlər çərçivəsində həyata keçirilən qarşılıqlı səfərlərin, o cümlədən hazırda davam edən 5-ci Antalya Diplomatiya Forumu kimi platformalarda birgə iştiraklarının digər sahələrlə yanaşı, ölkələrin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynadığını qeyd edib.

Bundan başqa, Baş prokuror Şanlıurfa və Kahramanmaraş şəhərində yerləşən məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığını bildirib, bu ağır və kədərli hadisədə həlak olanların ailə üzvlərinə, yaxınlarına səbr diləyib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.

Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasinin Sədri Yusuf Kuzu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrin həm prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.

Görüşdə iki ölkənin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib, eləcə də hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd olunaraq gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.

TodayPress TV

FOTOLAR

Kamran Əliyev Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul etdi — 1
Kamran Əliyev Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul etdi — 2
Kamran Əliyev Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul etdi — 3
Kamran Əliyev Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul etdi — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər