Kallas: "Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir"

Kallas: "Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir"
21.04.2026 22:09 Xarici siyasət

Avropa İttifaqı (Aİ) nümayəndələri Azərbaycanla münasibətlərin inkişafı üzrə gələcək addımları müzakirə edərək minatəmizləmə sahəsində ölkəyə dəstəyin genişləndirilməsi ehtimalını istisna etməyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bəli, biz Azərbaycanla münasibətlər kontekstində daha nələr edə biləcəyimizi müzakirə etdik. Bir sıra istiqamətlər üzrə daha fəal işləməli, energetika və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlərdə əlaqələri gücləndirməliyik. Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşı olub və belə də qalır", - o bildirib.

Bakının Qarabağda minatəmizləmə üzrə beynəlxalq yardımı genişləndirmək çağırışını şərh edən Kallas qeyd edib ki, Aİ artıq bu cür missiyalarda iştirak edir və bu sahədə ölkəyə dəstək olmaq üçün əlavə səylər göstərmək imkanını istisna etmir.

"Bu sorğudan çıxış edərək biz daha nələr edə biləcəyimizi araşdıracağıq, lakin konkret olaraq bu məsələ bugünkü görüşdə müzakirə olunmayıb", - o qeyd edib.

Mətbuat konfransının əvvəlində Kallas vurğulayıb ki, Aİ Cənubi Qafqaza strateji əhəmiyyətli region kimi baxır. Onun sözlərinə görə, Avropa sabit və təhlükəsiz Cənubi Qafqazda maraqlıdır, Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyiş isə bütün region üçün real imkan təşkil edir.

Kallas həmçinin Azərbaycanın energetika və qarşılıqlı əlaqələrdə tərəfdaş kimi mühüm rolunu qeyd edərək Aİ-nin əməkdaşlığı dərinləşdirmək və yaxın vaxtlarda yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etmək niyyətində olduğunu vurğulayıb.

O həmçinin bildirib ki, Aİ sülh prosesinə dəstəyi gücləndirir və Ermənistanda ölkənin dayanıqlığının, o cümlədən dezinformasiya və kiberhücumlara qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş yeni mülki missiyanın yaradılmasını razılaşdırıb. Eyni zamanda, Aİ İrəvanla tərəfdaşlığı dərinləşdirməyə ümid edir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Bütün Xəbərlər