İndoneziya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik etdi

İndoneziya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik etdi
26.05.2025 16:35 Xarici siyasət

İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İndoneziya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram. Bu əlamətdar gün Azərbaycanın tarixində xalqın qətiyyətini, birliyini və arzularını əks etdirən qürurverici bir səhifədir.

İcazə verin, bu tarixi gündə İndoneziya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğumu bildirim. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə ölkələrimiz enerji, ticarət, investisiya, təhsil, mədəniyyət və insanlar arasında mübadilə kimi sahələrdə əməkdaşlığın yeni yollarını araşdıraraq tərəfdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcək.

Əməkdaşlıq ruhu, həmçinin qlobal sülh, sabitlik və davamlı inkişaf kimi ümumi məqsədlərimizi dəstəkləməkdə davam edəcəkdir. Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq, firavanlıq və rifah arzulayıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər