İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
12.07.2025 21:14 Xarici siyasət

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Prezident İlham Əliyev "Terrorsuz Türkiyə" hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən dəstəyə və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 Bütün Xəbərlər