İlham Əliyev: "Ermənistanın tranzit ölkəyə çevrilməsi şansı sıfıra düşür"

İlham Əliyev:  "Ermənistanın tranzit ölkəyə çevrilməsi şansı sıfıra düşür"
19.07.2025 20:55 Xarici siyasət

"Bizim regionumuzda geosiyasi vəziyyət də dəyişir. Bir halda ki, digər tranzit yollar daha faydalı yola çevrilir. Bütün bu potensiala baxdıqda biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk"

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Prezident bildirib ki, biz həmçinin, dəmiryolu layihəsinin başa çatdırılması ilə məşğuluq: “Bu bizim Ermənistanla və İranla olan sərhədimizdə baş verir və gələn ilin yazında həmin dəmiryolunun Azərbaycan hissəsinin tikintisi başa çatdırılacaq. Ermənistan ərazisində olan hissəyə gəldikdə, yeri gəlmişkən, sovet vaxtında bu dəmir yolu Azərbaycan dəmir yolunun ayrılmaz bir hissəsi idi. Və bu Ermənistanın dəmir yolu strukturuna aid deyildi. Çünki onun Ermənistanın dəmiryolu şəbəkəsi ilə hər hansı bir bağlılığı yox idi. Ona görə Zəngəzur dəhlizinin əslində açılması ilə biz Şimal-Cənub marşrutunun digər bir vektorunu açacağıq. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı 5 ildir heç nə etməyib. Ermənistan tərəfində bu iş bilərəkdən gündəlikdən çıxarılır. Belə çıxır ki, Ermənistanın tranzit ölkəyə çevrilmə şansları sıfıra gedir. Əgər bundan sonra da bu prosesi bloklaşdıracaqlarsa, düşünürəm ki, onlar nəinki nəqliyyat baxımından elə bugünkü təcrid olunmuş vəziyyətdə qalacaqlar, o cümlədən həm də siyasi təcrid olunmuş vəziyyətə düşəcəklər”.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər