Ceyhun Bayramov Kavelaşvilini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

Ceyhun Bayramov Kavelaşvilini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı
22.07.2025 19:40 Xarici siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə  XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Gürcüstan arasında enerji, nəqliyyat, ticarət, investisiyalar, ekologiya və humanitar sahələri əhatə edən genişmiqyaslı əməkdaşlığın dinamik inkişafı və bu əməkdaşlığın regionda sabitlik və tərəqqiyə verdiyi töhfə vurğulanıb.

Qlobal və regional çağırışlar fonunda iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri yüksək qiymətləndirilib. Bu xüsusda, Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesi, habelə Ermənistanla normallaşma prosesi barədə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

FOTOLAR

Ceyhun Bayramov Kavelaşvilini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı — 1
Ceyhun Bayramov Kavelaşvilini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər