BMT-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

BMT-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
23.09.2025 21:18 Xarici siyasət

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçiriləcək.

TodayPress TV - nin məlumatına görə, konfransda Fransanın Dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcəklər.

Konfransda Fransa tərəfindən “sabitlik və birgə gələcək” kimi təqdim edilən Bujival razılaşmasının əsl mahiyyəti müzakirə ediləcək, bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalı olduğu Matinyon və Noumea sazişləri ilə müqayisə ediləcək.

Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd etdiklərini geniş ictimaiyyətə açıqlayacaqlar.

Konfransda, həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə addımların atılması diqqət mərkəzində olacaq.

Konfransın sonunda birgə bəyanatın qəbul edilməsi gözlənilir.

Tədbirdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər